İspaniyada bunu bacaran yeganə oyunçudur

İspaniyada bunu bacaran yeganə oyunçudur
XƏBƏR 23 Aprel 2021 / 10:28 4308
-  A +

“Barselona”nın kapitanı Lionel Messi yeni rekorda imza atıb.

Qol.az “Squawka”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 32-ci turunda “Xetafe” ilə matçda (5:2) dubl etməklə nail olub. O, 2020/21 mövsümündə vurduğu qolların sayını 25-ə çatdırıb.
Beləliklə, argentinalı oyunçu yerli çempionatda ardıcıl 12 mövsümdə ən az 25 qol vuran yeganə oyunçudur. 

“Real”ın sabiq oyunçusu, hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldo isə son 12 mövsümün 11-də 25+ qol vurmağı bacarıb. 

Qeyd edək ki, Messi bu mövsüm bütün turnirlərdə 41 matçda 33 qol vurub və 14 qolun ötürməsini verib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın