İsgəndər Cavadov: "Neftçi"nin bayrağının yandırılmasını qəbul edə bilmirəm"

İsgəndər Cavadov: "Neftçi"nin bayrağının yandırılmasını qəbul edə bilmirəm"
XƏBƏR 28 Sentyabr 2010 / 18:00 2407
-  A +

Azərbaycan futbolunun canlı əfsanəsi İsgəndər Cavadov "Xəzər Lənkəran" - "Neftçi" oyununda rəqib azarkeşlərdən bəzilərinin flaqmanın rəmzi olan bayrağının yandırılmasına etirazını bildirib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, Cavadov hadisəyə münasibət bildirərkən, bunları vurğulayıb: "Neftçi"nin bayrağının yandırılmasını qəbul edə bilmirəm. Bu, biabırçılıqdır. Sovet dövründə stadionlarda orta yaşlı azarkeşlər olurdusa, indi vəziyyət fərqlidir. Gənclərin çoxu futbola baxmaq əvəzinə hay-küy salır, bəziləri söyüş söyür. Ümumiyyətlə, belə şeylərə yol verilməməlidir".
 


Son xəbərlər