Bu gün Danimarkanın Orxus şəhərində 21 yaşınadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın məlumatına görə, püşk Ermənistan Azərbaycana rəqib edə bilər. Çünki reytinq sıralamasında bizdən üstün olduqları üçün ermənilər 3-cü, Azərbaycan isə sonuncu səbətdə yer alıb. Danimarka yarışlara ev sahibliyi edəcəyindən birbaşa final mərhələdən mübarizəyə qoşulacaq. Digər 52 komanda isə 5 səbətə bölünüb. İlk 4 səbətdə 10, 5-ci səbətdə 12 komanda yer alıb. Səbətlərin tərkibi isə belədir:
A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Serbiya, Fransa, Avstriya, Türkiyə, İsrail, Rusiya
B səbəti: Belarus, Çexiya, Portuqaliya, İsveç, Finlandiya, Uels, İsveçrə, Ukrayna, Rumıniya, Xorvatiya
C səbəti: Hollandiya, Belçika, Şotlandiya, Macarıstan, Yunanıstan, Norveç, Moldova, Ermənistan, Bolqarıstan, Şimali İrlandiya
D səbəti: Polşa, Latviya, Slovakiya, Albaniya, Makedoniya, İslandiya, Sloveniya, İrlandiya, Bosniya və Herseqovina, Çernoqoriya
E səbəti: Kipr, Gürcüstan, Litva, Qazaxıstan, Andorra, Farer adaları, Estoniya, Malta, San Marino, Azərbaycan, Lixtenşteyn, Lüksemburq
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər