Futzal üzrə UEFA kubokunun seçmə mərhələsi çərçivəsində 3-cü qrupda yer alan “Araz”ın bu gün qarşılaşacağı İrlandiyanın “Sportinq Finqal” klubunun baş məşqçisi Junior da Silva komandamız haqqında maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına müsahibə verən Junior da Silva qrupdakı rəqiblərin şanslarını dəyərləndirib. “Bizim çox yaxşı kollektivimiz var. Futzal İrlandiyada yeni idman növlərindən sayılır. Lakin klubda çıxış edən irland futbolçular hər oyunda ürəkdən mübarizə aparır və qalib gəlirlər. Onlar daha çox şey öyrənməyə çalışırlar. Heyətimizin əksəriyyəti braziliyalı, bir neçəsi isə Moldova və Polşadan gəlmiş futbolçulardan təşkil olunub. Mən futzal oynamağı bacarmasam da, məşqçilik etməyi çox sevirəm. Rəqiblə evdə oynamaqdan böyük zövq alıram. Bizim əsas məqsədimiz qrupdan ən azı ikinci yer tutmaqla növbəti mərhələyə vəsiqə qazanmaqdır. Mən “Araz”ın qrupda birinci olacağına şübhə etmirəm. Heyətindəki futbolçuların çox təcrübəli olduğunu bilirəm. Onların ötən il Avropada üçüncü yer tutduğunu nəzərə alsaq, “Araz”la bizi çox çətin oyun gözəyir. Lakin onların favorit sayılması bizim xeyrimizə işləyə bilər. Belə ki, “Araz”ın futbolçuları meydana təzyiq altında çıxacaqlar ki, bu da bizim işimizi xeyli asanlaşdıra bilər. Lakin istənilən halda Naxçıvan təmsilçisi qrupun favoritidir. Biz qrupda ikinci yer tuta bilsək bu komandamız üçün böyük uğur sayılacaq. İkinci yer uğrunda Rumuniyanın “Targu Mureş” klubu ilə mübarizə aparmalı olacağıq. Latiyanın “Nikars” klubu isə qrupun autsayderi hesab edilir”.
Qeyd edək ki, “Araz” – “Sportinq Finqal” oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab