Dünən Unibank Premyer Liqasının 7-ci turunun təxirə salınmış oyununda səfərdə "Bakı"ya uduzan "Turan" rəhbərliyi bütün məşqçi və futbolçu heyətini istefaya göndərib. Qol.Az-ın məlumatına görə, oyun başa çatan kimi, klubun prezidenti Musa Süleymanov “Turan”ın avtobusunun qarşısında məşqçi heyətini başına yığaraq, onları işdən azad etdiyini bildirib. Məşqçi korpusundan yalnız gürcüstanlı məşhur mütəxəssis Revaz Dzoduzaşvili vəzifəsində qalıb.
Musayev bildirib ki, bundan sonra komanda yalnız gənc kollektivlə işə davam edəcək. "Turan"ın əvəzedici heyətinin turnir cədvəlində birinci yerdə olması Süleymanovu bu heyətə etibar etməyə sövq edib. Radikal qərarlarıyla tanınan Süleymanov bu addımı atmaqda haqlı olduğunu bildirib: "Məncə, belə davam etməkdənsə, indidən istedadlı uşaqlarmıza inansam, daha yaxşıdır. Bundan sonra hər şeyi onlara tapşıracağam. Gələn ilə xeyli təcrübə toplayarlar. Mən Revaz Dzodzuaşvilidən razılıq alandan sonra qərarımı qətiləşdirdim".
Qeyd edək ki, Tovuz təmsilçisi dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmadan 1:3 hesabı ilə məğlub ayrıldı. Keçirdiyi 7 oyundan sonra cəmi 3 xal toplayan qərblilər turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Bundan sonra Revaz Dzodzuaşvilinin çalışdıracağı komandanın düşərgəsində yalnız bir-iki legioner saxlanılacaqsa, digərləri yola salınacaq. Artıq baş məşqçi Sakit Alıyevin gürcü mütəxəssislə əvəzləndiyi də rəsmi təsdiqini tapıb. Ona ən azı qışa kimi vaxt veriləcək.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab