Rza Çalımbayla yollarını ayıran “Eskişəhərspor” rəhbərliyinin bu posta Bülənt Uyğunu gətirəcəyi haqda xəbərlər özünü doğrultmayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda “Bucaspor”u çalışdıran mütəxəssis millimizin kapitanı Rəşad Sadıqovun formasını geydiyi komandanı çalışdıracağına dair informasiyaları təkzib edib.
Uyğun, ötən mövsüm həqiqətən də “Eskişəhərspor”un onunla anlaşmaq üçün cəhdlər göstərdiyini, ancaq Çalımbayın istefasından sonra heç bir dəvət almadığını da bildirib: “'Eskişəhərspor”dan bir təklif almamışam. Sadəcə bu komandanın danışıqlar apardığı bəzi adları bilirəm. Hazırda “Bucaspor”dayam və bu komandayla yoluma davam edirəm. Rəhbərliklə əl-əl verib, çox gözəl komanda qurmuşuq. Belə bir durumda haqqımda hansısa şayiələrin yayılması xoş deyil. Hansı ki, həftəsonu məhz “Eskişəhərspor”la qarşı-qarşıya gəlməliyik”.
Maraq üçün qeyd edək ki, “Eskişəhərspor” rəhbərliyi də klubun rəsmi saytı vasitəsilə Bülənt Uyğunla heç bir danışıq aparmadıqlarını bəyan ediblər.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır