“Araz” bu gün UEFA kubokunda ilk sınağına çıxacaq

“Araz” bu gün UEFA kubokunda ilk sınağına çıxacaq
XƏBƏR 28 Sentyabr 2010 / 14:13 1918
-  A +

Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində ölkəmizi təmsil edən son Azərbaycan çempionu “Araz” bu gün ilk oyununa çıxacaq. Qol.Az-ın məlumatına görə, Naxçıvan klubunun yer aldığı 3-cü qrupun oyunları Rumıniyada keçiriləcək. Komandamızın ilk rəqibi isə İrlandiya təmsilçisi “Sportinq Finqal”dır. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Joze Alessio da Silvanın baş məşqçisi olduğu “Araz”ın digər rəqibləri Latviya çempionu “Nikars”la Rumıniyanın “Targu Mureş” klublarıdır. Təmsilçimiz ikinci oyununu sentyabrın 29-da “Nikars”a, son matçını isə oktyabrın 1-də “Targu Mureş”ə qarşı keçirəcək. 3-cü qrupun bu gün keçiriləcək digər oyununda isə saat 21:15-də Rumıniya cə Latviya çempionları öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər.


Son xəbərlər