"Neftçi"nin makedonları ruslarla qarşılaşacaqlar

"Neftçi"nin makedonları ruslarla qarşılaşacaqlar
XƏBƏR 28 Sentyabr 2010 / 13:18 1808
-  A +

Makedoniya yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Andorra və Rusiya milli komandaları ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, "Neftçi"nin makedoniyalı futbolçuları – İqor Mitreski və Slavko Georgiyevski də ölkəsinin yığma komandasına dəvət olunublar. Makedonlar oktyabrın 8-də səfərdə andorralıları, 12-də isə Skopyedə rusiyalıları sınağa çəkəcəklər.
Makedoniya yığmasının üzvləri gələn ayın 4-də Barselona şəhərində yerləşən "Renaissance" otelində bir araya gələcəklər.


Son xəbərlər