Millimizin Avstriya və Türkiyə ilə oyunları canlı yayımda

Millimizin Avstriya və Türkiyə ilə oyunları canlı yayımda
XƏBƏR 28 Sentyabr 2010 / 11:37 2065
-  A +

AÇ-2012-nin seçmə mərhələsində oktyabrın 8-də Vyana şəhərindəki “Ernst Happel” stadionunda keçiriləcək Avstriya – Azərbaycan oyunu və oktyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan – Türkiyə qarşılaşması Azercell-in sponsorluğu ilə AzTV və İdman Azərbaycan kanallarında canlı yayımlanacaq. Qol.Az-ın məlumatına görə, bu haqda xəbəri AFFA-nın rəsmi saytı yayıb. Xəbərdə bildirilir ki, hər iki oyunun canlı radioreportajını 105 FM dalğasında yayımlanan Azərbaycan radiosundan da dinləmək mümkün olacaq.


Son xəbərlər