Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyə Superliqası təmsilçisi “Eskişəhərspor” klubunun rəhbərliyi baş məşqçi Rza Çalımbayla yollarını ayrdıqlarını rəsmən təsdiqləyib. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, bu yöndə yayılan ilk xəbərlər rəsmi təsdiqini tapıb.
Qeyd edək ki, Superliqanın son turunun sentyabrın 25-də keçirilən “Eskişəhərspor” - “Qaziantepspor” matçında 0:1 hesabıyla yenilən meydan sahiblərinin çalışdırıcısının qarşılaşmadan bir gün sonra rəhbərlik tərəfindən istefaya göndərildiyi haqda informasiyalar yayıldı. Lakin elə həmin gün axşam saatlarında klubun rəsmi saytı vasitəsilə rəhbərlik bu məlumatları təkzib etdi. Baş məşqçi özü isə televiziyalardan birinə canlı yayın vasitəsilə açıqlamasında artıq “Eskişəhərspor”dan getdiyini və bunu özünün yox, rəhbərliyin istəyi ilə etdiyini bildirmişdi.
Nəhayət dünən axşam saatlarında “Eskişəhərspor” rəhbərliyi Çalımbayla yollarını ayırmağa qərar verdiklərini rəsmən təsdiqləyib. Bu haqda rəsmi açıqlamanı isə klubun vitse-prezidenti Mesut Hoşcan verib. O, həmçinin yeni baş məşqçi axtarışlarına start verdiklərini də deyib.
Süperliqaya çıxdıqları gündən bəri birgə çalışdıqları Çalımbaya xidmətlərinə görə təşəkkürlərini bildirən Hoşcan daha sonra bunları vurğulayıb: "Bu mövsüm çox gözəl bir heyət qurduq, yaxşı futbolçular transfer etdik. Qarşımıza bir hədəf qoyduq, ancaq çempionata yaxşı başlaya bilmədik. İstediyimiz nəticələri qazana bilmədik. Superliqaya çıxdığımız gündən bu yana bərabər olduğumuz Rza Çalımbay və komandasıyla yollarımızı ayırdıq. Komandanı “Bucaspor” matçına aşağı yaş qruplarından ibarət komandalarımızı çalışdıran məşqçilər hazırlayacaq”.
Çalımbayla münasibətləri korlandığı üçün heyətdən kənarlaşdırılan Ümit Karanın durumu haqqında da danışan Hoşcan, qərarı yeni baş məşqçinin verəcəyini bildirib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı