İspaniyanın “Barselona” klubu İngiltərə milli komandasının futbolçusu Ueyn Runini “Mançester Yunayted”dən almağa hazırdır. Lent.az-ın “Mirror Football”a istinadən verdiyi məlumata görə, Runi bu yaxınlarda özü ilə bağlı baş verən seks qalmaqalından sonra mətbuatın ona münasibətindən əziyyət çəkir.
Bu səbəbdən, 25 yaşlı hücumçu İngiltərədən getməyi düşünür. İspaniya klubunun rəsmilərindən biri bildirib ki, Runi “qırmızı şeytanlar”ın sıralarını tərk etməyə qərar versə, “Barsa” ona sərfəli müqavilə təklif etməyə hazırdır: “Həll olunmayan problem yoxdur. Əgər Runinin İngiltərədəki çətinlikləri dözülməz olsa və digər kluba keçməyi düşünsə, biz ona müqavilə təklif etməkdən şad olarıq”.
Hələlik “Mançester Yunayted” rəhbərliyi aparıcı hücumçunu satmağa qərar verməyib. Lakin ötən həftə komandanın baş məşqçisi ser Aleks Ferqyuson Runinin komandadakı vəziyyətindən narahatlığını gizlətməyib: “Ueyn KİV-in diqqət mərkəzində olmağın və futbola dəxli olmayan suallara cavab verməyin nə demək olduğunu anlayıb. Hazırda Runi mətbuatın diqqəti və fotokameraların işıqları olmadan bir addım ata bilmir. Bu isə futbolçunun oyununa mənfi təsir edə bilər”.
Qeyd edək ki, Ueyn Runi “Mançester Yunayted”də 2004-cü ildən çıxış edir. O, “qırmızı şeytanlar”ın heyətində 193 matçda 92 qol vurub. Runi 2003-cü ildən çıxış etdiyi İngiltərə yığmasında 67 oyuna 26 dəfə fərqlənib. Hücumçu İngiltərə çempionatının ötən turunda “Bolton”la 2:2 hesabı ilə başa çatan qarşılaşmada 60 dəqiqə meydançada olsa da, qol vura bilməyib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı