Futbolçularımız oynamadı, "Mersin İdman Yurdu" 1 xala sevindi

Futbolçularımız oynamadı, "Mersin İdman Yurdu" 1 xala sevindi
XƏBƏR 27 Sentyabr 2010 / 13:29 1976
-  A +

İlqar Qurbanovla Ernani Pereyranın çıxış etdiyi "Mersin İdman Yurdu" Türkiyə Bank Asya birinci liqasında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Mersin klubu səfərdə "Karşıyaka"nın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Mersin İdman Yurdu"nun baş məşqçisi Yüksel Yeşilova kubok oyununda qol vuran İlqara, həmçinin həmin oyunda debüt edən Ernaniyə bu dəfə oynamaq imkanı verməyib.
Hazırda “Mersin İdman Yurdu” 8 xalla 6-cı yerdə gedir.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?