İtaliya A Seriyasında 5-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan turun son oyun günündə “Yuventus” doğma meydanda “Kalyari” ilə dueldən üzüağ çıxıb. Krasiçin het-trikə imza atdığı qarşılaşmada Turin təmsilçisi cari mövsümdə ikinci qələbəsini rəsmiləşdirib. “Fiorentina” və “Latsio” da turu qələbəylə başa vurub. “Udineze” isə yenə qələbəyə həsrət qalıb.
Qeyd edək ki, şənbə günü baş tutan oyunlarda “Milan” doğma divarlar arasında “Cenoa” ilə münasibətlərinə aydınlıq gətirib. İbrahimoviçin vurduğu yeganə qol meydan sahiblərinə qələbə qazandırıb. Turun mərkəzi qarşılaşmasında isə “Roma” ilə son ölkə çempionu “İnter” üz-üzə gəlib. “Olimpiko”da keçən prinsipial qarşılaşmada tərəflər uzun müddət qol susqunluğunu poza bilməyib. Lakin görüşün 90-cı dəqiqəsində paytaxt klubunun çernoqoriyalı legioneri Mirko Vuçiniç rəqib qapısına yol tapmaqla, komandasına vacib qələbə qazandırıb. Qeyd edək ki, bu, cari mövsümə uğursuz başlayan Klaudio Ranyerinin komandasının ilk qələbəsi idi. Son ölkə çempionu isə ilk yenilgisini almış oldu.
İtaliya A Seriyası
5-ci tur
25 sentyabr
“Milan” – “Cenoa” – 1:0
Qol: İbrahimoviç, 49.
“Roma” – “İnter” – 1:0
Qol: Vuçiniç, 90.
26 sentyabr
“Çezena” – “Napoli” – 1:4
Qollar: Parolo 48 – Lavetsi, 72. Hamşik, 81. Kavani, 88; 90.
“Bari” – “Breşiya” – 2:1
Qollar: Rivas, 16. Barreto, 55-pen. – Kone, 30.
“Kataniya” – “Bolonya” – 1:1
Qollar: Britos, 66-öz qapısına – Di Vayo, 40.
Matçın 40-cı dəqiqəsində Di Vayo penaltidən yararlana bilməyib.
“Kyevo” – “Latsio” – 0:1
Qol: Sarate, 69.
“Fiorentina” – “Parma” – 2:0
Qollar: Lyajiç, 61-pen. Silvestri, 72.
“Palermo” – “Leççe” – 2:2
Qollar: Pinilya, 53. Makkarone, 90 – Qyaçomatsi, 8. Korvia, 46.
Matçın 81-ci dəqiqəsində “Leççe”nin üzvü Qyaçomatsi qırmızı vərəqə alıb.
“Sampdoriya” – “Udineze” – 0:0
“Yuventus” – “Kalyari” – 4:2
Qollar: Krasiç, 13; 34; 70. Bonuççi, 57 – Matri, 20; 81.
| 1 | "İnter" | 5 | 3 | 1 | 1 | 8-3 | 10 |
| 2 | "Latsio" | 5 | 3 | 1 | 1 | 7-5 | 10 |
| 3 | "Kyevo" | 5 | 3 | 0 | 2 | 8-5 | 9 |
| 4 | "Breşiya" | 5 | 3 | 0 | 2 | 7-7 | 9 |
| 5 | "Milan" | 5 | 2 | 2 | 1 | 7-4 | 8 |
| 6 | "Napoli" | 5 | 2 | 2 | 1 | 10-8 | 8 |
| 7 | "Kataniya" | 5 | 2 | 2 | 1 | 7-5 | 8 |
| 8 | "Bari" | 5 | 2 | 2 | 1 | 5-7 | 8 |
| 9 | "Yuventus" | 5 | 2 | 1 | 2 | 12-9 | 7 |
| 10 | "Çezena" | 5 | 2 | 1 | 2 | 4-6 | 7 |
| 11 | "Kalyari" | 5 | 1 | 3 | 1 | 7-5 | 6 |
| 12 | "Sampdoriya" | 5 | 1 | 3 | 1 | 6-5 | 6 |
| 13 | "Bolonya" | 5 | 1 | 3 | 1 | 6-7 | 6 |
| 14 | "Palermo" | 5 | 1 | 2 | 2 | 8-8 | 5 |
| 15 | "Fiorentina" | 5 | 1 | 2 | 2 | 5-5 | 5 |
| 16 | "Parma" | 5 | 1 | 2 | 2 | 5-6 | 5 |
| 17 | "Cenoa" | 5 | 1 | 2 | 2 | 4-6 | 5 |
| 18 | "Roma" | 5 | 1 | 2 | 2 | 5-9 | 5 |
| 19 | "Leççe" | 5 | 1 | 2 | 2 | 4-8 | 5 |
| 20 | "Udineze" | 5 | 0 | 1 | 4 | 2-9 | 1 |
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı