Almaniya Bundesliqasında 6-cı turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, hesabat turuna dünən gecə keçirilən 2 oyunla yekun vurulub. “Volfsburq” doğma meydanda “Frayburq” üzərində çətin qələbəyə sevinibsə, “Kayzerslautern” azarkeşlərinin gözü qarşısında “Hannover”ə minimal hesabla məğlub olub.
Qeyd edək ki, bu turun əvvəlki günlərdə baş tutan oyunlarında çempionatın maksimum nəticə göstərən yeganə komandası “Maynts” yenə qələbəyə sevinib. Ən maraqlısı isə, bu komandanın növbəti 3 xalının son ölkə çempionu “Bavariya” üzərində, özü də səfərdə qazanmasıdır.
Liderlər qrupunda qərarlaşan Dortmund “Borussiya”sı da turu qələbəylə başa vurub. “Qarabağ”ı Avroliqadan kənar qoyan dortmundlular bu dəfə “Sankt Pauli”yə şans tanımayıb. İddialılardan “Bayer” də 3 xala səfərdə sevinib. Onların qurbanı isə cari mövsüm qətiyyən özünə bənzəməyən və sonuncu pillədə qərarlaşan “Ştutqart” olub. “Verder” “Hamburq”la dueldən çətinliklə də olsa, qələbəylə ayrılmağı bacarıb. “Ayntraxt” isə “Nürnberq”i evə xalsız yola salıb. Turun açılış matçında isə “Köln” doğma meydanda “Hoffenhaym”la qarşılaşmışdı. Oyunda hesabı Lukas Podolski açsa da, qonaqlar fasilədən sonra rəqib qapısına yol tapmaqla, meydan sahiblərinin cari mövsümdə ikinci qələbəsini qazanmasını əngəlləyib.
Almaniya Bundesliqası
6-cı tur
24 sentyabr
“Köln” – “Hoffenhaym” – 1:1
Qollar: Podolski, 17 – Ba, 54.
25 sentyabr
“Bavariya” – “Maynts” – 1:2
Qollar: Svensson, 45-öz qapısına – Allaqui, 15. Tsalay, 77.
“Ayntraxt” – “Nürnberq” – 2:0
Qollar: Gekas, 17. Kris, 88.
“Şalke” – “Borussiya” M – 2:2
Qollar: Huntelaar, 52. Raul, 87 – Dims, 15-pen. Bredli, 43.
Matçın 78-ci dəqiqəsində Münhenqladbax “Borussiya”sının üzvü Brouers qırmızı vərəqə alıb.
“Sankt Pauli” – “Borussiya” D – 1:3
Qollar: Henninqs, 26 – Qroskroyts, 17; 61. Kaqava, 50.
“Ştutqart” – “Bayer” – 1:4
Qollar: Kuzmanoviç, 53 – Hyuyupya, 19. Vidal, 21. Balitsç, 69. Sam, 88.
“Verder” – “Hamburq” - 3:2
Qollar: Demel, 25-öz qapısına. Almeyda, 28; 85 – Nistelroy, 59. Pitroypa, 63.
26 sentyabr
“Volfsburq” – “Frayburq” – 2:1
Qollar: Qrafite, 25; 64 – Sisse, 36.
“Kayzerslautern” – “Hannover” – 0:1
Qol: Abdellaoue, 33.
| 1 | "Maynts" | 6 | 6 | 0 | 0 | 14-5 | 18 |
| 2 | "Borussiya" D | 6 | 5 | 0 | 1 | 16-5 | 15 |
| 3 | "Hannover" | 6 | 4 | 1 | 1 | 11-7 | 13 |
| 4 | "Hoffenhaym" | 6 | 3 | 2 | 1 | 11-6 | 11 |
| 5 | "Bayer" | 6 | 3 | 2 | 1 | 13-10 | 11 |
| 6 | "Volfsburq" | 6 | 3 | 0 | 3 | 11-10 | 9 |
| 7 | "Frayburq" | 6 | 3 | 0 | 3 | 8-9 | 9 |
| 8 | "Hamburq" | 6 | 2 | 2 | 2 | 10-10 | 8 |
| 9 | "Bavariya" | 6 | 2 | 2 | 2 | 5-6 | 8 |
| 10 | "Sankt Pauli" | 6 | 2 | 1 | 3 | 7-8 | 7 |
| 11 | "Kayzerslautern" | 6 | 2 | 1 | 3 | 8-11 | 7 |
| 12 | "Verder" | 6 | 2 | 1 | 3 | 9-14 | 7 |
| 13 | "Ayntraxt" | 6 | 2 | 0 | 4 | 9-8 | 6 |
| 14 | "Nürnberq" | 6 | 1 | 3 | 2 | 5-7 | 6 |
| 15 | "Köln" | 6 | 1 | 2 | 3 | 5-10 | 5 |
| 16 | "Borussiya" M | 6 | 1 | 2 | 3 | 10-19 | 5 |
| 17 | "Şalke" | 6 | 1 | 1 | 4 | 7-12 | 4 |
| 18 | "Ştutqart" | 6 | 1 | 0 | 5 | 11-13 | 3 |
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər