Türkiyə Superliqasında 6-cı turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan turun üçüncü oyun günündə 4 qarşılaşma oynanılıb. “Kayserispor” doğma meydanda “Trabzonspor”la qolsuz bərabərliyə razılaşıb. “Konyaspor”la “Karabükspor” isə hərəyə 2 qol vurduqları qarşılaşmadan 1 xalla ayrılıb. “Qalatasaray” isə doğma meydandan inamlı qələbəyə sevinib. Bu qələbədə het-trikə imza atan Milan Baroşun böyük əməyi xüsusi vurğulanmalıdı. “Manisaspor” – “Sivasspor” görüşündə isə Simpson qonaq komandanı təkbaşına devirib.
Qeyd edək ki, bu turun digər oyunları öncəki günlərdə keçirilmişdi. İlk oyun günündə son ölkə çempionu “Bursaspor” doğma meydanda “Bucaspor”u minimal hesabla da olsa, məğlub etməyi bacarmışdı. Növbəti oyun günündə isə “Beşiktaş” doğma divarlar arasında “Antalyaspor”u Bobonun dublu sayəsində çətinliklə də olsa, məğlub edə bilib. Paytaxt derbisində “Gənclərbirliyi” “Ankaragücü”nü minimal hesabla yendiyi halda, həmyerlimiz Rəşad Sadıqovun formasını geydiyi “Eskişəhərspor” da doğma meydanda eyni hesabla məğlub olub.
Hesabat turuna bu gün keçiriləcək 1 oyunla yekun vurulacaq.
Türkiyə Superliqası
6-cı tur
24 sentyabr
“Bursaspor” – “Bucaspor” – 1:0
Qol: Hüseyn Çimşir, 4.
25 sentyabr
“Gənclərbirliyi” – “Ankaragücü” – 1:0
Qol: Smelts, 45-pen.
“Beşiktaş” – “Antalyaspor” – 2:1
Qollar: Bobo, 55; 90 – Tita, 68.
“Eskişəhərspor” – “Qaziantepspor” – 0:1
Qol: Serdar Kurtuluş, 20.
26 sentyabr
“Kayserispor” – “Trabzonspor” – 0:0
Matçın 79-cu dəqiqəsində “Trabzonspor”un oyunçusu Kaçar qırmızı vərəqə alıb.
“Konyaspor”- “Karabükspor” – 2:2
Qollar: Lyetava, 1. Qrayçar, 61 – Çernat, 15. Özmert, 52.
“Qalatasaray” – “İstanbul BB” – 3:1
Qollar: Baroş, 5; 13-pen.; 41 – Tum, 66.
“Manisaspor” – “Sivasspor” – 3:0
Qollar: Simpson, 14; 90; 90.
27 sentyabr
23:00. “Kasımpaşa” – “Fənərbaxça”
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi