Qəbələ şəhərində yerləşən «Qafqaz» parkında AFFA ilə «Qəbələ» Futbol Klubu tərəfindən birgə təşkil olunmuş «Məktəbli kuboku»nun açılış mərasimi keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Qəbələ rayonunda yerləşən 36 məktəbin 1998-1999-cu il təvəllüdlü şagirdlərindən təşkil olunmuş komandaların mübarizə aparacağı turnirin açılışında AFFA-nın baş katibi Elxan Məmmədov, «Qəbələ» klubunun baş məşqçisi Toni Adams və Qəbələ rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. «Qəbələ»nin baş məşqçisi Toni Adams və AFFA-nın texniki direktoru Bernhard Lippert topa ilk zərbəni vurduqdan sonra turnir start götürüb.
Xatırladaq ki, Əsasnaməyə görə, komandaların sifariş ərizəsinə 10 futbolçunun – onlardan 2-si qız olmalıdır – adı daxil ediləcək. Hər komandanın start heyətində 1 qızın olması mütləqdir. Hər birində 6 komanda olmaqla komandalar 6 qrupda mübarizə aparacaq. Qrupda birinci yeri tutan komandalar növbəti qrup mərhələsinə yüksələcək. Burada ilk iki pillənin sahibi turnirin qalibi adı uğrunda həlledici oyuna çıxacaq. Oyunların keçiriləcəyi meydançalar, məktəblilərin oyuna gətirilməsi «Qəbələ» FK tərəfindən təmin olunacaq. Bütün komandalar oyunlara AFFA-nın təqdim etdiyi formalarda çıxacaqlar. Qaliblərə AFFA-nın hədiyyələri – toplar, xatirə medalları və kubok təqdim olunacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi