Həmyerlimiz Rəşad Sadıqovunun çıxış etdiyi Türkiyənin “Eskişəhərspor” klubunun baş məşqçisi Rza Çalımbay vəzifəsindən azad edilib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rəhbərlik bu haqda bu gün qərar qəbul edib. Dünən öz meydanında “Qaziantepspor”a 0:1 hesabıyla məğlub olan “Eskişəhərspor” komandasının azarkeşləri baş məşqçi Rza Çalımbayı və rəhbərliyi istefaya çağırmışdı. Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında istefa vermək istəmədiyini və bu barədə rəhbərliklə danışmadan qərar qəbul etməyəcəyini söyləmişdi. Lakin bu gün klubun prezidenti ilə Rza Çalımbay mövzü ətrafında müzakirə edib və yolların ayrılmasına qərar verilib. Bu gün Çalımbayı vəzifəsindən azad edən klub prezidenti Halil Ünal isə artıq yeni baş məşqçi axtarışında olduqlarını bildirib. O həmçinin əlavə edib ki, istər meydanda, istərsə də, meydandan kənarda intizamsız davranışda günahkar olan bir neçə futbolçunu da cəzalandıracaqlar. Əldə edilən məlumatlara görə, rəhbərliyin danışıqlara başladığı məşqçilər Samet Aybaba, Nurullah Sağlam və Giray Bulakdır.
Xatırladaq ki, Rəşad Sadıqovın Türkiyə Superliqasında debütü hələ ki, baş tutmayıb. Geridə qalan 6 turdan sonra isə qələbəyə həsrət qalan “Eskişəhərspor” komandası topladığı 2 xalla turnir cədvəlinin sondan ikinci pilləsində qərarlaşıb.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi