Güclü yağış «Bakı» - «Turan» oyununu təxirə saldı

Güclü yağış «Bakı» - «Turan» oyununu təxirə saldı
XƏBƏR 26 Sentyabr 2010 / 18:14 2219
-  A +

Unibank Premyer Liqasının bu gün «Bakı» və «Turan» klubları arasında keçirilməsi nəzərdə tutulan yeddinci turunun oyunu təxirə salınıb. Bu haqda Qol.Az saytına «Bakı» klubundan məlumat verilib. Oyunun təxirə salınmasına bu gün paytaxta yağan güclü yağış səbəb olub. Meydançanın ot örtüyü pis vəziyyətə düşdüyündən matçın sabah keçirilməsi qərara alınıb.
Beləliklə, hər iki komanda arasındakı qarşılaşma sabah saat 18.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?