Türkiyə Superliqasının son turunda doğma divarlar arasında “Qaziantepspor”a da minimal hesabla uduzan, “Eskişəhərspor”un baş məşqçisi bir daha öz istəyi ilə istefaya getməyəcəyini bəyan edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünənki oyundan sonra keçirilən mətbuat konfransında həmyerlimiz Rəşad Sadıqovun da top qovduğu komandanın çalışdırıcısı bunun üçün öncə klub rəhbərliyi ilə görüşüb, onların fikrini öyrənməyin vacibliyini qeyd edib. Çalımbay, qarşılaşmaya yalnız qələbə qazanmaq üçün çıxdıqlarını, lakin bunu bacarmadıqlarını deyib. Lakin o, sərgilədikləri oyundan məmnunluğunu da ifadə edib: "Oyunu qazanmaq üçün nə lazım idisə, etdik, oyundan qopmadıq. Son ötürmələrdə daha diqqətli olsaydıq, fərqli nəticə ola bilərdi. Bu gün bir az da şanssız idik. Futbolçularımı belə oyuna görə, təbrik edirəm".
Oyunun əvvəlində tərəfdarların etiraz aksiyasına da münasibət bildirən mütəxəssis onlara haqq qazandırıb: "Bütün günahlar mənimdir. Kimsə rəhbərliyə bir şey deməməlidir. Tərəfdarlarımıza gözəl günlər yaşatdıq. Etiraz aksiyalarında haqlıdırlar. Çünki uğur istəyirlər. Rəhbərliklə görüşmədən istefa verməyi düşünmürəm. Önümüzdə önəmli bir “Bucaspor” matçı var. O matçdan sonra rəhbərliklə görüşməyi düşünürəm”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi