Almaniya Bundesliqasında 6-cı turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun əksər qarşılaşmaları məhz ikinci oyun günündə baş tutub. Çempionatın maksimum nəticə göstərən yeganə komandası “Maynts” bu dəfə də qələbəyə sevinib. Ən maraqlısı isə, bu komandanın növbəti 3 xalının son ölkə çempionu “Bavariya” üzərində, özü də səfərdə qazanmasıdır.
Liderlər qrupunda qərarlaşan Dortmund “Borussiya”sı da turu qələbəylə başa vurub. “Qarabağ”ı Avroliqadan kənar qoyan dortmundlular bu dəfə “Sankt Pauli”yə şans tanımayıb. İddialılardan “Bayer” də 3 xala səfərdə sevinib. Onların qurbanı isə cari mövsüm qətiyyən özünə bənzəməyən və sonuncu pillədə qərarlaşan “Ştutqart” olub. “Verder” “Hamburq”la dueldən çətinliklə də olsa, qələbəylə ayrılmağı bacarıb. “Ayntraxt” isə “Nürnberq”i evə xalsız yola salıb.
Qeyd edək ki, bu turun açılış matçında “Köln” doğma meydanda “Hoffenhaym”la qarşılaşmışdı. Oyunda hesabı Lukas Podolski açsa da, qonaqlar fasilədən sonra rəqib qapısına yol tapmaqla, meydan sahiblərinin cari mövsümdə ikinci qələbəsini qazanmasını əngəlləyib.
Hesabat turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.
Almaniya Bundesliqası
6-cı tur
24 sentyabr
“Köln” – “Hoffenhaym” – 1:1
Qollar: Podolski, 17 – Ba, 54.
25 sentyabr
“Bavariya” – “Maynts” – 1:2
Qollar: Svensson, 45-öz qapısına – Allaqui, 15. Tsalay, 77.
“Ayntraxt” – “Nürnberq” – 2:0
Qollar: Gekas, 17. Kris, 88.
“Şalke” – “Borussiya” M – 2:2
Qollar: Huntelaar, 52. Raul, 87 – Dims, 15-pen. Bredli, 43.
Matçın 78-ci dəqiqəsində Münhenqladbax “Borussiya”sının üzvü Brouers qırmızı vərəqə alıb.
“Sankt Pauli” – “Borussiya” D – 1:3
Qollar: Henninqs, 26 – Qroskroyts, 17; 61. Kaqava, 50.
“Ştutqart” – “Bayer” – 1:4
Qollar: Kuzmanoviç, 53 – Hyuyupya, 19. Vidal, 21. Balitsç, 69. Sam, 88.
“Verder” – “Hamburq” - 3:2
Qollar: Demel, 25-öz qapısına. Almeyda, 28; 85 – Nistelroy, 59. Pitroypa, 63.
26 sentyabr
18:30. “Volfsburq” – “Frayburq”
20:30. “Kayzerslautern” – “Hannover”
| 1 | "Maynts" | 6 | 6 | 0 | 0 | 14-5 | 18 |
| 2 | "Borussiya" D | 6 | 5 | 0 | 1 | 16-5 | 15 |
| 3 | "Hoffenhaym" | 6 | 3 | 2 | 1 | 11-6 | 11 |
| 4 | "Bayer" | 6 | 3 | 2 | 1 | 13-10 | 11 |
| 5 | "Hannover" | 5 | 3 | 1 | 1 | 10-7 | 10 |
| 6 | "Frayburq" | 5 | 3 | 0 | 2 | 7-7 | 9 |
| 7 | "Hamburq" | 6 | 2 | 2 | 2 | 10-10 | 8 |
| 8 | "Bavariya" | 6 | 2 | 2 | 2 | 5-6 | 8 |
| 9 | "Sankt Pauli" | 6 | 2 | 1 | 3 | 7-8 | 7 |
| 10 | "Kayzerslautern" | 5 | 2 | 1 | 2 | 8-10 | 7 |
| 11 | "Verder" | 6 | 2 | 1 | 3 | 9-14 | 7 |
| 12 | "Ayntraxt" | 6 | 2 | 0 | 4 | 9-8 | 6 |
| 13 | "Volfsburq" | 5 | 2 | 0 | 3 | 9-9 | 6 |
| 14 | "Nürnberq" | 6 | 1 | 3 | 2 | 5-7 | 6 |
| 15 | "Köln" | 6 | 1 | 2 | 3 | 5-10 | 5 |
| 16 | "Borussiya" M | 6 | 1 | 2 | 3 | 10-19 | 5 |
| 17 | "Şalke" | 6 | 1 | 1 | 4 | 7-12 | 4 |
| 18 | "Ştutqart" | 6 | 1 | 0 | 5 | 11-13 | 3 |
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi