"Xəzər Lənkəran"ın "12-ci oyunçu" və "Bosman" fan-klubları AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Qol.Az-ın məlumatına görə, onların müraciətində aşağıdakı məqamlar qabardılıb: "Son dövrlər Azərbaycanda futbolun ildən ilə inkişafı göz qabağındadır. Klublarımızın güclənməsi hesabına milli çempionatın səviyyəsinin yüksəlməsi, Avropa turnirlərində nəzərə çarpan irəliləyişə nail olmamız, beynəlxalq reytinq cədvəllərində irəliləyiş və digər göstəricilər buna əyani sübutdur. Çempionatımızda iştirak edən klubların arasında keçirilən matçlar səviyyə və maraq baxımından xeyli yüksəlsə də, hələki cəmi bir matç "Böyük oyun” kimi həm media, həm futbol ictimaiyyəti və həm də azarkeşlər tərəfindən qəbul olunur. Bu matçın hər iki iştirakçısı olan komandalar, "Xəzər Lənkəran” və "Neftçi” Azərbaycan futbolu tarixində özünəməxsusluğu ilə seçilir. Bu komandalar arasında keçirilən bütün matçlar öz idmana xas olan gərginliyi ilə yadda qalır. Bəzən isə bu gərginlik, xoşa gəlməyən nəticələrlə də yadda qalmış və futbolsevərlərin üzüntüsünə gətirib çıxarmışdır. 2009/2010 futbol mövsümünün 25-ci turu çərçivəsində, 27 mart 2010-cu il tarixində bu komandalar arasında Lənkəranda keçirilmiş matçda bəzi xoşagəlməyən halları buna misal göstərmək olar. "Xəzər Lənkəran” azarkeşləri olaraq, biz belə halları pisləyir və bundan sonra da buna bənzər halların baş verməməsini arzulayırıq.
Həmin matçda baş verənlərlə bağlı baş hakimin, matçın təşkili və keçirilməsinə məsul şəxslərin cəzalandırılması, sizin obyektiv imicinizi daha da möhkəmləndirdi. Məhz bu obyektivliyinizi əsas götürərək, bu il sentyabr ayının 25-də, 7-ci tur çərçivəsində Lənkəran şəhərində bu komandalar arasında keçiriləcək matçı öz nəzarətinizdə saxlayaraq, hər hansı meydandankənar amillərin bu oyuna müdaxiləsinin qarşısını alacağınıza əminlik ifadə edirik və matçın sağlam idman mübarizəsi şəraitində keçəcəyinə inanırıq".
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov