Son ölkə çempionu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis bazar günü “Gəncə” ilə keçiriləcək oyun barəsində fikirlərini açıqlayıb:
- “Gəncə” bu mövsüm komandalar qarşısına möhkəm komanda kimi çıxdı...
- Oyunlarına baxmışam, kifayət qədər yaxşı komandadır. “Gəncə” cürətlə hücum edir, komanda yaxşı cinahlara malikdir. Bu komanda məndə xoş təəssürat yaratdı. Bu həftə onların “Qarabağ”la oyunları oldu və həmin matçda bəzi futbolçulara istirahət verilməsi mənə aydın olmadı. Amma güman ki, belə bir addım “İnter”lə keçiriləcək oyunla bağlı atılmışdı. Yəqin ki, bizimlə oyun onlar üçün daha vacibdir. Axı, çempionlara qarşı xüsusilə köklənirlər.
- Matça hazırlıq necə keçir?
- Normal keçir. Uşaqlar yaxşı formadadırlar, qarşılaşmaya yaxşı hazırlaşmışıq.
- Zədəlilərlə bağlı vəziyyət necədir?
- Vəziyyət yaxşılaşır. Vladimir Levin və Aleksandr Çertoqanov komanda ilə birlikdə məşq etməyə yaxındırlar.
- Dünən mükafatlandırma mərasmi keçirildi. Bu sizin Azərbaycanda ilk çempion titulunuzdur...
- Bəli, Azərbaycanda ilk çempionluğumdur. Ümumillikdə, bu, 5 illik məşqçilik karyeramda 3-cü çempionluq titulumdur. Biz tamamilə layiqli çempion olduq, uzun müddət liderlər qrupunda olduq və haqlı olaraq finişi birinci yerdə başa vurduq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar