“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına müsahibə verib. Qol.Az müsahibəni təqdim edir
- “Bakı” 18 gündür ki, Antalyada təlim- məşq toplanışındadır. Bu müddət ərzində komandanın hazırlığını necə dəyərləndirirsiniz?
- Birinci dövrənin bitməsi ilə futbolçular təxminən bir aylıq istirahət imkanı qazandı. İstirahət bəzi futbolçuların artıq çəki almasına, qismən formadan düşmələrinə səbəb oldu. Antalya toplanışının əsas məqsədləri futbolçuların ideal formaya düşməsinə şərait yaratmaq, yeni futbolçuların komandaya uyğunlaşmasını təmin etmək və yoldaşlıq oyunlarında gücümüzə bir daha baxmaq imkanı qazanmamız idi. İki günə Antalya toplanışı sona yetir. 5 yoldaşlıq oyunu keçirmişik. İkisini də keçirmək planımız var. 20 gün müddətində 7 matç oynamaqla komandadakı çatışmazlıqlarımızı aşkara çıxarıb səhvlər üzərində işlədik. Transfer etmək istədiyimiz futbolçuları iş başında izləyib daha düzgün qərar verdik
- Antalyada komandanızın düşərgəsinə baxışa gəlmiş futbolçulardan biri də Mərakeş millisinin üzvü Hasan Souaridir...
- Baş məşqçimiz Coko Hacıyevski onu bəyənib. Hasanla müqavilə bağlanılacaq. Müqavilənin şərtlərini 90 faiz razılaşdırmışıq. Bir neçə günə futbolçu Bakıya gələcək. Müqavilənin müddətini isə 1+1 il nəzərdə tutmuşuq.
- Tümer Metin niyə əldən çıxdı?.
- “Fənərbaxça»lını “Bakı”ya gətirmək üçün təklifimizi etmişdik. O “Larisa ”nı seçdi. Bu, futbolçunun öz haqqıdır. Görünür “Larisa” Tümeri daha sərfəli maliyyə şərtləri ilə razı sala bilib. Həm də, türkiyəli bu gün karyerasının qürubunu yaşayır. Bu yaşda o perspektiv barəsində fikirləşmir. Karyerasının sonunda pulu əsas tutması başadüşüləndir.
- Komandanızı ikinci dövrəyə hazır sayırsınızmı?
- Birinci dövrə göstərdi ki, komandanın oyununda müəyyən çatışmazlıqlar var. Heyətin əksəriyyəti yeni futbolçulardan qurulduğu üçün bir sıra problemlər oldu. Xəttlər arası əlaqə, hücum xəttinin oyunu bizi qane etmədi. Komanda əsas oyunlarda istədiyimiz nəticəni qazanmadı. İkinci dövrədə “Bakı” daha baxımlı futbol sərgiləyəcək. Heyət artıq formalaşıb. Bir neçə yeni futbolçu var ki, onların da bəziləri artıq komandanın oyun üslubuna tam uyğunlaşıb.
- İkinci dövrənin başlanmasına 11 gün qalıb. Premyer liqanın ikinci dövrəsində favoritlərin sırasında hər hansı dəyişiklik olacağını gözləyirsinizmi?
- Hər bir komanda bacardığı qədər yaxşı transferlər etdi. İstər iddialı istər iddiasız, hər bir komanda müəyyən büdcəyə görə futbolçular aldı. Favorit komandalar yenə də digərlərindən fərqləndi. Türkiyədə təlim - məşq toplanışları, səviyyəli legionerlərin heyətə cəlb edilməsi, güclü komandalarla yoldaşlıq oyunları və bu kimi önəmli məsələlərdə yenə də iddialı klublar öz işini gördü. İndi qalır premyer liqanın startını gözləmək. Kimin necə hazırlaşdığını, yaxşı və ya pis transferlər etdiyini yaxın bir ayda görəcəksiniz. Turnir cədvəlinin 1 və 7-ci pilləri arasında olan bütün klublar çempionluq üçün oynayır. Bu klubların bir-birləri oyunları xüsusi ilə ağır olacaq. Potensial olaraq lap elə “Standard”ın da çempionluq şansı var. Autsayderlər isə qeyri stabil oyunları ilə fərqlənəcək.
- “Böyük “Bakı”- 2012” layihəsinin icrasına başlanılıb. İşlər nə yerdədir?
- Klub prezidenti Hafiz Məmmədov 2012-ci ilə qədər komandanın peşəkarlaşması məqsədi ilə bu layihəni təsdiq etdi. Layihə barəsində KİV-i də məlumatlandırmışıq. Proyektin əsas məqsədləri “Bakı”nın uşaq futbol məktəblərinin qurulması, baza, stadion və UEFA standartlarına uyğun idarəetmə sisteminin tətbiq edilməsidir. Artıq bəzi işlər görülüb. Yaxın vaxtlarda yeni məşq meydançamız da istifadəyə veriləcək. Uşaq futbol komandalarımızın yaradılması, yeni istedadların axtarılması istiqamətində də çalışmalarımız davam edir. Hər şey planlaşdırdığımız kimi olsa, 2012-ci ilə qədər “Bakı”nın əsas komandasının heyətində 7-8 yetirməmizin oynayacağını düşünürük. Bu layihə təkcə “Bakı”ya yox Azərbaycan futbolunun inkişafına xeyir verəcək.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı