Bu gün 2012-ci ildə Xorvatiyada təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Qol.Az-ın məlumatına görə, 42 ölkə ilə yanaşı, final oyunlarına ev sahibliyi edəcək Xorvatiyanın da qatılacağı yarışın püşkatma mərasimi Bakı vaxtı ilə 17:00-da baş tutub.
Qeyd edək ki, AÇ-2012-nin ilkin mərhələsində 24 komanda mübarizə aparacaq. Onlar arasında İslandiya, Norveç, San Marino, Makedoniya, Finlandiya, Türkiyə, İrlandiya, Malta, İslandiya, Estoniya, Norveç, San Marino, İsveçrə, Albaniya, Çernoqoriya, Bolqarıstan, Ermənistan, İngiltərə, Litva, Fransa, Andorra, Kipr, Gürcüstan, İsrail, Litva, Yunanıstan və Moldova ilkin mərhələdə mübarizəyə başlayacaq. Bu mərhələnin oyunları gələn ilin yanvar və fevral aylarında oynanılacaq. Elə püşkatma zamanı ilk olaraq məhz bu komandaların taleyinə aydınlıq gətirilib. Qrupların tərkibi belə müəyyənləşib:
A qrupu
Türkiyə
İsveçrə
Çernoqoriya
Moldova
B qrupu
İslandiya
Latviya
Ermənistan
Yunanıstan
C qrupu
Makedoniya
Estoniya
Gürcüstan
İngiltərə
D qrupu
Litva
Fransa
Bolqarıstan
Malta
E qrupu
Finlandiya
Kipr
Albaniya
San Marino
F qrupu
İsrail
Andorra
İrlandiya
Norveç
Seçmə mərhələdən mübarizəyə qoşulacaq yığmamız püşkatma öncəsi beşinci səbətdə yer almışdı. Bu üzdən də komandamız qrup oyunlarına ev sahibliyi edəcək Ukrayna, Rumıniya, Sloveniya, Hollandiya və Polşa ilə qarşılaşa bilməzdi. Püşkatma zamanı komandamızın bəxtinə Qazaxıstanla yanaşı son Avropa çempionu İspaniya düşdü. Qeyd edək ki, ispanlar sonuncu Avropa çempionatında Portuqaliya üzərində 4:2 hesablı qələbəyə sevinmişdi. Komandamız isə məhz portəgizlərə yenilərək mübarizəni dayandırmışdı. 1-ci qrupda yer alan təmsilçimizin digər rəqibi isə ilkin mərhələ oyunlarından sonra müəyyənləşəcək. Bu, D qrupunda yer alan Fransa, Bolqarıstan, Litva və Malta yığmalarından biri olacaq.
1-ci qrup
İspaniya
Azərbaycan
Qazaxıstan
D qrupunun qalibi
2-ci qrup
Rusiya
Serbiya
Hollandiya
E qrupunun qalibi
3-cü qrup
Portuqaliya
Belarus
Polşa
C qrupunun qalibi
4-cü qrup
Çexiya
Rumıniya
Slovakiya
F qrupunun qalibi
5-ci qrup
Ukrayna
Macarıstan
Belçika
A qrupunun qalibi
6-cı qrup
İtaliya
Sloveniya
Bosniya və Hersoqovina
B qrupunun qalibi
Maraq üçün qeyd edək ki, millimizin çıxış edəcəyi 1-ci qrupun oyunları Bakıda keçiriləcək.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar