Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində doğma meydanda “Simurq”la qarşılaşacaq “Muğan” bu oyuna da ənənəvi olaraq Bakıda hazırlaşıb. Bu gün isə komanda son hazırlıqlarını həyata keçirmək üçün Salyana yola düşüb. Qol.Az-ın bölgə klubunun rəsmi saytına istinadən məlumatına görə, bu axşam doğma meydanda saat yarımlıq məşq keçməyi planlaşdıran komanda üzvləri məhz bu hazırlıq prosesindən sonra matç saatına qədər dinlənəcək. Şənbə günü keçiriləcək matçla əlaqədar baş məşqçi Almir Hurtiç də fikirlərini bölüşüb: “Sabahkı matça lazımi səviyyədə hazırlaşmışıq. Xal itirməməyə çalışacağıq. Futbolçulara oyunla bağlı bütün tapşırıqlarımı vermişəm. İndi hər şey heyətin sabah göstərəcəyi performansdan asılıdır. Təbii ki, hər iki komanda qalib gəlməyə çalışacaq və üstün olan sevinən tərəf olacaq. Biz də sevinən tərəf olmaq üçün səylərimizi maksimum dərəcədə cəmləyəcəyik. “Simurq” son matçda “Bakı”ya qarşı mübariz bir mücadilə sərgilədi və biz də öz növbəmizdə sabahkı matçda azarkeşlərimizə baxımlı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, “Muğan” son turda “Xəzər Lənkəran”la qolsuz heç-heçə edib. Salyan klubunun “Simurq”la qarşılaşması isə sabah saat 17:10-da Salyan Olimpiya Kompleksinin stadionunda baş tutacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar