Qurban Qurbanov “Qəbələ”ylə oyuna 20 futbolçu apardı

XƏBƏR 24 Sentyabr 2010 / 17:00 2328
-  A +

Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Qəbələ”ylə qarşılaşacaq “Qarabağ” artıq bu oyunun hazırlıqlarını başa vurub. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun komandası bu gün Qəbələyə yola düşüb. Səfərə saat 15.00-da çıxan ağdamlılar buna qədər isə səhər 1 dəfə məşq edib. Şəfa stadionunda baş tutan çalışma 10:00-da reallaşıb. Baş məşqçi Qəbələyə 20 futbolçu aparıb. Əfran İsmayılovla yanaşı zədələnən Ayxan Abbasov da səfərə aparılmayıb. Aftandil Ahcıyev isə artıq tamamilə sağalıb və komandayla birgə məşqlərə başlayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner