“Neftçi”nin baş məşqçisi Arif Əsədov Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində sabah səfərdə “Xəzər Lənkəran”la keçirəcəkləri prinsipial oyun ərəfəsində Qol.Az-ın suallarını cavablandırıb
- Arif müəllim, artıq “Xəzər Lənkəran”la oyuna çox az vaxt qalıb. “Böyük oyun”a necə hazırlaşa bilmisiz?
- Hazırlığımız yaxşı keçib. Hər şey qaydasındadır. Hazırda Lənkərana gedirik, yoldayıq. Bu gün axşam saatlarında oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda son məşqə çıxacağıq. Həmin məşqlə “Xəzər Lənkəran”la oyunun hazırlıqlarını tam şəkildə başa vurmuş olacağıq.
- Komandanın düşərgəsində hansısa itki, zədəli futbolçu var?
- Xeyr, Şükür Allaha ki, bu baxımdan da problemimiz yoxdur. Düzdü, bu oyuna qədər bəzi zədəlilərimiz vardı. Məsələn, MOİK-lə qarşılaşmada Rail Məlikov, Flavinyo, Alessandro Viana da Silvanın yüngül zədələri var idi. Ancaq həkimlərimizin səyi nəticəsində onların hamısı artıq sıraya dönüb.
- Emil Mpenzanın da problemləri var idi. Onun durumu nə yerdədir?
- Emilin sadəcə bir az baş ağrısı var idi. Elə həmin günlərdə problemi arxada qaldı. Bütün komanda üzvləri kimi, o da qarşıdakı oyuna normal hazırlaşıb.
- Sizdən fərqli, “Xəzər Lənkəran”ın heyətində bəzi zədəli oyunçuları var ki, sizə qarşı forma geyə bilməyəcək. Bu amili “Neftçi” üçün nə dərəcədə üstünlük hesab edirsiniz?
- Təbii ki, bizim Lənkərana itkisiz yollanmağımız bizim üçün müsbət haldır və sevindirməyə bilməz. Amma rəqibin heyətində hansısa itkinin xeyrimizə olduğunu düşünmürəm. Ən azı ona görə ki, onların da bizim kimi geniş heyəti var hər bir oyunçunu layiqincə əvəzləyə biləcək futbolçulardan təşkil olunmuş komandadır.
- “Xəzər Lənkəran”ı lazımınca təhlil edə bilmisinizmi?
- Bəli, onların bir neçə son oyununu izləmişəm. Zəif, güclü cəhətlərini araşdırıb tapmışıq və oyunumuzu məhz buna uyğun qurmağa çalışacağıq. Bilirik ki, güclü komandadır. Hər halda son tura kimi bizimlə eyni xala malik idilər. Yalnız “Muğan”la qarşılaşmadakı heç-heçələri xal fərqində bizdən geri düşmələrinə səbəb oldu. Ancaq düşünürəm ki, bu, onların sabahkı matçda qələbə qazanmaq istəyini bir qədər də artırıb. Məhz bu üzdən maksimum diqqətli oynamağa çalışacağıq ki, çətin səfərdən sərfəli nəticə ilə qayıdaq.
- Maraqlıdır, sizin üçün Lənkərandan heç-heçə ilə dönmək qənaətbəxş nəticə olacaqmı?
- “Xəzər Lənkəran” yarandığı gündən bəri həmişə öz sözünü deyən komanda olub. “Neftçi” ilə bu komandanın oyunları isə xüsusi prinsipiallıq və böyük maraq kəsb edir. Təbii ki, nə biz, nə də onlar, qeydə alına biləcək məğlubiyyəti faciəyə çevirə bilərik. Çünki çempionat uzun bir marafondur, biz isə yola yenicə çıxmışıq. Hələ qarşıda çox oyunlarımız olacaq. Odur ki, məğlub olsaq belə, bunu faciəyə çevirmərəm. Bizim sadəcə xüsusi strategiyamız var və hər şeyə ümumi gözlə baxırıq. Ola bilər ki, bu oyunda xal itirək, qarşıdakı oyunlarda bunun əvəzini çıxmağımız mümkündür. Yəqin ki, qarşı tərəf də eyni şeyi fikirləşir. Baxmayaraq ki, onlar doğma azarkeşlərinin gözü qarşısında oynadığından, mütləq qələbə qazanmağa çalışacaq. Elə biz də Lənkərana məğlub olmaq üçün getmirik. Əsas məqsədimiz, maksimum vəzifəmiz qələbə qazanmaqdır. Minimum vəzifə isə heç-heçə etməkdir. Yəni Lənkərandan heç-heçə ilə dönməyimizi də qənaətbəxş nəticə hesab edəcəm. Çünki belədə ən azı liderliyimizi qorumuş olacağıq.
- Lakin nəzərə alaq ki, qələbə qazanmaqla, əsas rəqiblərinizdən birindən 6 xal ala bilərsiniz…
- Razıyam. Liderlər arasındakı qarşılaşmalar həmişə 6 xallıq oyun hesab olunur. Biz də bütün gücümüzü səfərbər edib, sabahkı oyunda həm 3 xalı qazanmaq, həm də “Xəzər Lənkəran”ı həmin 3 xaldan məhrum etmək istəyirik. Bunun üçün hər şeyə malik olduğumuzu düşünürəm. Oyunumuzun necə alınacağını, istəyimizə nə dərəcədə nail olacağımızı isə sabahkı qarşılaşma göstərəcək.
- Mirça Rednikin gəlişindən sonra “Xəzər Lənkəran”da yeni oyun üslubu, yeni komanda formalaşmaqdadır. Siz özlüyünüzdə yəqin ki, rəqib həmkarınızın, onun komandasının zəif cəhətlərini müəyyənləşdirmisiniz və sabahkı oyunda nəyin sayəsində qələbə qazanmağın mümkünlüyünü bilirsiniz…
- Bunu bilirəm, amma indi açıqlamaq istəmirəm. Çünki müsahibəni oxuyandan sonra onlar həmin zəif cəhətlərindən istifadə edəcəklərimizi biləcəklər. Ona görə də, yaxşısı budur, qoy sirr qalsın.
- Bilirsiniz ki, “Xəzər Lənkəran” hazırda ölkənin ən güclü azarkeş ordusuna malikdir. Bəs, komandanızın üzvlərini Lənkərandakı ajiotaja, azarkeş təzyiqinə necə hazırlaya bilmisiniz?
- “Neftçi”nin heyətində çıxış edən hər bir futbolçu peşəkardır və azarkeş təzyiqinin nə olduğunu, buna necə hazır olmağın yollarını bilirlər. İnanmıram ki, bu baxımdan hansısa ciddi problemimiz olsun. Çox istərdim ki, azarkeşlərimiz sabahkı qarşılaşmada ancaq gözəl oyundan həzz almağa çalışsınlar. Hər iki komandanın tərəfdarlarını xoşagəlməz olaylardan çəkinməyə və yalnız komandalarına dəstək olmağa çağırıram. Qoy, güclü qalib gəlsin. Meydanda oynanılan futboldan başqa hansısa tamaşanın şahidi olmayaq.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov