Ötən günlərdə Türkiyə millisinin və “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl ailə həyatı qurdu. Qol.Az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, bu toy məclisində maraqlı hadisələr baş verib. Məsələ burasındadır ki, toya “Qalatasaray”dan Səbri Sarıoğlu, Hakan Balta, Arda Turan, Sərvət Çətin və digər futbolçular dəvət edilib. Dəvətə rəğmən bir çox futbolçu, eləcə də, Səbri və Hakan Balta bu məclisdə iştirak etməyib. Buna fənərbaxçalıların ötən aylarda ailə həyatı quran Səbrinin toy məclisi zamanı tutduqları mövqe səbəb olub. Belə ki, o zaman Səbrinin dəvətini alan futbolçular toyda iştirak etməkdən boyun qaçırmışdı. Bu dəfə də “sarı-qırmızılılar”ın əksər futbolçuları eyni mövqeni nümayiş etdiriblər. Lakin “Qalatasaray”ın kapitanı Arda və komanda yoldaşı Sərvət Volkanın toyunda iştirak edərək komanda arasında anlaşılmazlığa yol verib. Bu zaman da maraqlı hadisə baş verib. Məclisdə “Qalatasaray”lı futbolçular üçün xüsusi masa ayrılsa da, Arda Turan sevgilisi Sinəm Koballa bir masada, Sərvət isə “Qalatasaray” rəhbərliyi ilə münasibətləri heç də yaxşı olmayan Bülənt Qorxmazla digər bir masada əyləşib. Klub rəhbərliyinin məsələ ilə bağlı necə mövqe tutacağı maraqla gözlənilir.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar