Türkiyənin “Qalatasaray” klubunun inşa etdirdiyi “Türk Telekom Arena”da son işlər görülür. Stadionun tribunları demək olar hazırdır və oturacaqların quraşdırılmasına başlanılıb. “Sarı-qırmızılı” futbolçular isə artıq dünən adı çəkilən arenaya baş çəkiblər. Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Təxminən 1 saatlıq səfərlə bağlı təqdim edilən xəbərdə arena haqqında futbolçuların fikirlərinə yer verilib. “Qalatasaray”a bu il transfer edilən Ali Turan arenanı çox bəyəndiyini söyləyib. O, əlavə edib ki, tribunalar dolu olduğu zaman burada möhtəşəm bir atmosfer yaranacaq. Yay transfer pəncərəsinin son günlərində “Volsburq”dan transfer edilən Misimoviç isə bunları deyib: “Həqiqətən də əla stadiondur. Burada oynamaq böyük bir xoşbəxtlik olacaq”. Xəbərdə daha sonra klub prezidenti Adnan Polatın da fikirlərinə yer verilib: “Burada ilk qarşılaşmamızı yanvar ayında oynayacağımızı düşünürəm. İnşallah bu baş tutacaq. Azarkeşlərimizin tribunaları tam dolduracağına ürəkdən inanıram. Dolu tribunalar önündə oynayacaq rəqiblərin işi çox çətin olacaq. Artıq abunə kartlarının satışında da böyük artım müşahidə edirik”.
“Qalatasaray”ın baş məşqçisi Frank Raykard isə arenanı bütövlükdə çox bəyəndiyini bildirib. Hollandiyalı mütəxəssis tribunaların meydana yaxın olmasını isə xüsusi razılıqla qeyd edib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar