Paulius Qribauskas dünya çempionlarına qarşı

Paulius Qribauskas dünya çempionlarına qarşı
XƏBƏR 24 Sentyabr 2010 / 11:47 2262
-  A +

"Neftçi" PFK-nın qapıçısı Paulius Qribauskas yenidən Litva yığmasına dəvət alıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı qapıçı bu dəfə dünya çempionu İspaniya milli komandası və Səudiyyə Ərəbistanı yığması ilə oyunlara çağırılıb. AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İspaniya – Litva oyunu oktyabrın 8-də baş tutacaq. Bundan 4 gün sonra isə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşü keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner