Futbolçu karyerasını başa vuran Zaur Ramazanovun müsahibəsi
- Bu gündən futbolçu karyeranı başa vurmusunuz. Nə işlə məşğul olacaqsınız?
- İnşallah onu zaman göstərəcək, nə bilim. Yaxın vaxtlarda bir yerdə görərik...
- Başqa klublardan təklif almışdınız?
- Çox komanda orda oynamağımı istəyirdi, amma özüm razılaşmadım. Mən birinci dəstədə oynayası futbolçu deyiləm. Karyeramı “Xəzər Lənkəran”da başa vurmaq qərarına gəldim.
- Son komandanız olan “Xəzər Lənkəran”la nə isə probleminiz yaranmayıb ki?
- Xeyr, məni ora Mais Mənsimov çağırmışdı, sağ olsun. Gördü ki, klubsuz qalmışam, çağırdı öz yanına.
- Bildiyimizə görə, “Xəzər Lənkəran”a keçəndə heç pul da istəməmisiniz?
- Pul deyəndə, bilirsiniz “Xəzər Lənkəran”da məndən çox pul qazanan olmayıb ki... Ona görə də bu dəfə pul məsələsini qabartmadım. Əvvəl yaxşı oynamaq lazımdı, sonra pul haqqımda fikirləşmək olar.
- Görünür, özünüzü göstərə bilməmisinz...
- Komandaya 6 aylıq zədədən sonra yollanmışdım. Yavaş-yavaş özümə gəlirdim ki, yeni məşqçi gəldi dedi ki, yaşı çoxdu, bizə cavan oyunçular lazımdı. İstəmədim məsələ çox böyüsün, ona görə də klubdan da, futboldan da uzaqlaşdım.
- “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednikdən narazı qalmamısınız?
- Hər məşqçinin öz yolu var. O da cavanlaşdırma siyasəti aparır. Necə olacaq, bunu zaman göstərər. Məncə, burada çox işləyə bilməz.
- Məşqçiliyə başlamaq fikriniz yoxdu ki?
- Yox, yox. Məşqçi işləmək fikrim yoxdur.
- Eşitdiyimizə görə, bizneslə məşğulsunuz, obyektiniz var...
- Nə danışırsınız, məndən biznesmen olar? Məndən yaxşı yeyib-içən olar. Əvvəllər necə olmuşam, bundan sonra da elə.
- Belə çıxır ki, futbol oynayanda da yeyib-içməklə məşğul olmusunuz...
- Həmişə meydanda can qoymuşam, əlimdən gələni əsirgəməmişəm. Mən futbol oynayanda hansısa “Durdunbay” Azərbaycan çempionatında bombardir deyildi axı... İndi futbolumuzun səviyyəsi gör nə qədər aşağı düşüb ki, o da gəlib bombardir olur.
- Deməli özbək futbolçunun burada bombardir olmasını qəbahət sayırsınız... - Əlbəttə ki, qəbahətdir. Lap bizə təhqirdir. Gör, biz nə gündəyik ki, kim gəlib qollar vurur.
- Özbəkistanlı hakim dünya çempionatının oyunlarını idarə edə bilər, bəs futbolçusu Azərbaycanda bombardir ola bilməz?
- Gəl hakimliklə, futbolçu işini bir tərəziyə qoymayaq.
- Bahadır Nəsimov “Rubin”in ehtiyat heyətində oynayıb...
- Başa düşmürəm, onların əvəzedici heyətlə bizim çempionatı eyni səviyyəyə gətirmək olmaz axı...
- Amma razılaşın ki, bu yaşdan sonra əvvəlki formada oynaya bilməzsiniz... - Əvvəlkindən də yaxşı oynayardım. Sadəcə, özüm davam etdirmək istəmədim. Hər şeyin öz vaxtı var. Futbolu başıuca tərk etmək istədim.
Lent.az
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu