Bu gün Unibank Premyer Liqasının ötən - 2009-2010-cu il futbol mövsümünün qalib və mükafatçılarının təltifetmə mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, dənizkənarı bulvardakı “Yaxt klub”da təşkil olunan tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev başda olmaqla, futbol klublarının rəhbərləri, digər rəsmiləri, hakimlər, futbolçular və futbol ictimaiyyətinin bir çox nümayəndələri iştirak ediblər. Yığıncaq zamanı çempionatımızın ötən mövsümünün ən yaxşı komandaları ilə yanaşı, fərdi mükafatlar da öz sahiblərini tapıb.
Tədbirdən əvvəl ötən mövsümdən bəhs edən video rolik göstərilib. Tədbirin aparıcısı mərasimi açıq élan etdikdən sonra, ilk sözü AFFA prezidenti Rövnəq Abdullayevə verib. Federasiya başçısı ötən mövsümün yüksək səviyyədə təşkil olunduğunu, hətta qalibin son ana qədər müəyyənləşməmisinin bu mənada əyani sübut olduğunu vurğulayıb. AFFA prezidenti çıxışını başa vurduqdan sonra fərdi mükafatların sahibləri bir-bir səhnəyə dəvət olunub. Məhz bundan sonra Unibank Premyer Liqasının 2009/10 mövsümünün qalibi olan komandalar səhnəyə çıxıb. Öncə bürünc mükafatın sahibi olan “Qarabağ”ın rəhbərliyi, texniki heyəti və futbolçuları medallarına sahib çıxıblar. Ardından gümüş mükafatçılar – “Bakı”nın heyəti də medallarını alıb. Ən sonda isə Azərbaycan çempionu adını qazanan “İnter”in futbolçuları qızıl medallarına sahib çıxıblar.
Rəsmi hissə yekunlaşandan sonra, tədbir musiqili-əyləncəli bölmələrlə davam etdirilib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu