Son ölkə çempionu “İnter”in hücumçusu Robertas Poşkus paytaxt klubunun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, legioner hücumçu Unibank Premyer Liqasında “İnter”in perspektivindən danışmaqla yanaşı, həm də kimə qarşı oynamağın onun üçün çətin olduğunu etiraf edib:
- “Qəbələ” ilə oyun hansı təəssüratlarla yadda qaldı?
- Asan olmadı. Birinci hissədə qol vurmağa nail olduq. İkinci hissədə biz əks-hücumlara ümid edərək, hesabı qorumağa çalışdıq. Yaxşı müdafiə olunduq, ev sahiblərinin praktiki olaraq qol vəziyyətləri olmadı və biz haqlı olaraq uğurlu nəticəni qoruya bildik.
- Altı tur arxada qaldı. Mövsümün başlanğıcını necə qiymətləndirirsən?
- Qənaətbəxş hesab etmək olar. Biz yalnız “Neftçi” komandasına məğlub olmuşuq və bunda qorxulu heç nə görmürəm. Əksinə, səfərdə “Xəzər Lənkəran”a qarşı əla oynadıq. Bundan başqa, demək olar bütün oyunları “quru” hesabla başa vurmuşuq ki, bu da bizi sevindirməyə bilməz. Bu, ilk növbədə bizim müdafiəmizin gücündən xəbər verir ki, o da müasir futbolda uğurun zəmanəti hesab edilir. Ola bilər ki, o qədər də məhsuldar oynamamışıq, amma keyfiyyətli və sabit nəticə nümayiş etdiririk. Bəzi problemlər bir çox futbolçumuzun həddən artıq zədəli olmasıyla və Çempionlar Liqasında iştirak etdiyinə görə kömandanın mövsümə çox tez başlamasıyla əlaqədardır.
- İlk turlarda cəmi bir dəfə fərqlənmisən. Bu nəticəni yaxşılaşdırmağa ümid edirsən?
- Əlbəttə. Hücumçu üçün əsas göstərici qoldur, amma hər halda komanda tək mənim üçün oynamır. Və komanda naminə şəxsi ambisiyaları qurban vermək lazım gəlir. Ən başlıcası son turdan sonra kimin birinci yerdə olmasıdır, kimin neçə qol vurması isə ikinci dərəcəli məsələdir.
- “İnter” ötənilki uğurunu təkrarlaya bilərmi?
- Bunun üçün bizim böyük şansımız var. Biz çempion komanda olaraq titulumuzu qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.
- “İnter”in əsas rəqibələri hansı komandalardır?
- “Xəzər Lənkəran” yaxşı təsir bağışlayır, “Neftçi” və “Qarabağ” yaxşı çıxış edir. “Bakı”nın böyük potensialı var, ancaq komanda hazırda çətin vəziyyətlə qarşılaşıb. Bununla yanaşı, hesab edirəm ki, onlar mütləq artıracaqlar. Kimisə fəqrləndirmək çətindir, axı, biz hələ hamıyla oynamamışıq. Çox zaman bütün mövsüm ərzində eyni səviyyədə yaxşı futbol nümayiş etdirmək çətin olur. Ona görə də hansı komandasa qışda artıracaq, kimsə azaldacaq. Qışda yenidən transfer pəncərəsi açılacaq və komandalar güclənə biləcəklər.
- Şəxsən sənə kimə qarşı oynamaq çətindir? Belə bir müdafiəçi var?
- Bəli, “Xəzər Lənkəran”da mərkəzi müdafiəçisi var. Onu hətta Azərbaycan millisinə də çağırırlar. Adı Elnurdur (Elnur Allahverdiyevi nəzərdə tutur). Ona qarşı oynamaq çox çətindir - çox sərt və inadcıl futbolçudur.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov