Son ölkə çempionu “İnter”in müdafiəçisi Valeri Abramidze klubun rəsmi internet saytına müsahibə verib. Qol.Az həmin müsahibə ilə sizi də tanış edir.
- “Qəbələ” ilə oyun haqda nə düşünürsünüz?
- Oyunun məzmunu yox, daha çox nəticənin əsas olduğu vacib qarşılaşma idi. Yaxşı ki, biz buna nail olduq! “Qəbələ”- çox çətin rəqibdir. Onların komandası hələlik formalaşma mərhələsindədir, “Qəbələ”də yeni məşqçi və yeni tələblər var. Əminəm ki, onlar hələ başqa komandalarının əsəblərini korlayacaqlar.
- Artıq altı tur arxada qalıb. Çempionatın başlanmasını necə qiymətləndirirsiniz?
- Ümumilikdə müsbət qiymətləndirirəm. Hər şey plana uyğun gedir. Başlanğıcda biz yalnız “Neftçi”yə məğlub olduq, lakin bunun bir daha təkrar olunmamasına çalışacağıq.
- Qarşıda son qarşılaşmaya qədər uduzmayan “Gəncə” ilə oyun var...
- Onların udub-uduzmadıqlarının bizim üçün əhəmiyyəti yoxdur. Hər bir oyuna rəqibdən asılı olmayaraq xüsusi yanaşırıq və meydana yalnız qələbə üçün çıxırıq.
- Altı oyundan beşində “İnter” qapısını “qıfılda” saxlamağı bacardı. Etibarlı müdafiənin sirri nədədir?
- Məşqlərdə biz müdafiə hərəkətlərinə böyük diqqət ayırırıq. Səhvlər üzərində çox çalışırıq, hər oyunla təkmilləşməyə can atırıq və fikirləşirəm ki, bu, bizdə alınır. Fərdi səhvlər buraxdığımız “Neftçi”lə oyun istisna təşkil etdi.
- Sentyabrın 25-də sizin iki keçmiş klubunuz – “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşacaq. Bu matç haqda nə düşünürsünüz?
- Bəli, bilirəm. Çox maraqlı qarşılaşma olacaq. Axı, bu komandalar arasında prinsipial münasibət var. Fikrimcə, bu qarşılaşmadan bütün Azərbaycan futbolu udacaq. Biz də həmçinin. Axı, onlar bizim bilavasitə rəqiblərimizdilər və oyunda onlardan biri xal itirəcək. Bu imkandan istifadə etmək istərdik.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov