Unibank Premyer Liqasının 7-ci turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev üçün əlamətdar ola bilər. Qol.Az-ın cənub klubunun rəsmi saytına istinadən məlumatına görə, millimizin də şərəfini qoruyan qapıçı karyerasının şəxsi rekordunu bu matçda müəyyənləşdirməlidir. Söhbət Kamranın “quru” seriyasından gedir. Cari mövsüm çempionatın 6 oyununda qol buraxmayan qolkiper bu görüşlərdə meydanda olduğu 490 dəqiqə ərzində qapısının toxunulmazlığını qoruyub. Bu göstəricinin daha böyük olmasına isə AZAL-la qarşılaşmanın 40-cı dəqiqəsində zədələnərək meydanı tərk etməsi mane olur. Elə indiki göstərici də hələlik 2010/11 mövsümünün rekordudur.
Lakin Ağayevin ötən mövsümdən qalan “quru” dəqiqələri bu göstəricinin böyük olmasına imkan verir. Son çempionatın finişində “Bakı” ilə qarşılaşmasını cəza üzündən buraxan qapıçı bundan əvvəlki görüşdə 2 qola üzülmüşdü. Lakin “Qarabağ”la matçda buraxdığımız son qol oyunun 35-ci dəqiqəsinə təsadüf etmişdi. Bu isə o deməkdir ki, cari mövsümü 55 dəqiqəlik seriya ilə başlayan Kamran bu rəqəmi artıq 545-ə çatdırıb.
Mayın 9-dan ötən müddətdə çempionatda qol buraxmayan kapitan “Neftçi” ilə görüşdə 87 dəqiqə qol buraxmasa şəxsi rekordunu təkrarlamış olacaq. Lakin o, bu matçı da “quru” keçirməklə seriyasını daha da uzada bilər. 2007/08 mövsümünün də startında möhtəşəm oynayan qolkiper o vaxt yalnız 6-cı turda qapısında qol görmüşdü. Əvvəlki çempionatdan qalan dəqiqələrin sayəsində Kamran 632 dəqiqə qapısında qol görməmişdi. Bu onun karyerasının ən yaxşı nəticəsidir ki, sentyabrın 25-də “Neftçi” ilə görüşdə bu rekord yenilənməlidir. Çünki cənubluların kapitanı təkcə şəxsi rekordunu düşünməməli, daha böyük göstəricilərə imza atmalıdır. İlk növbədə o, “Xəzər Lənkəran” rekorduna da iddia etməlidir. Ağayevin indiyəqədərki şəxsi rekordu klubun tarixində 3-cü nəticədir. İndiyədək yalnız 2 qapıçı daha yaxşı seriyaya imza atıb. Serbiyalı Milorad Koraçın 650 dəqiqəlik seriyasını Kamran artıq 8-ci turda arxada qoya bilər. Təbii ki, bunun üçün əvvəl “Neftçi” səddi keçilməlidir.
O ki, qaldı “Xəzər Lənkəran”ın çempionatlar tarixindəki rekorduna, bu göstərici Aleksandr Martyoşkinə məxsusdur. Belaruslu qapıçı 735 dəqiqə qapımızı toxunulmaz saxlayıb. Həmin göstərici Azərbaycan çempionatları tarixinə 11-ci nəticə kimi düşüb. Həm də Martyoşkin “quru” seriyaları qeydə alan Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısındakı yeganə təmsilçimizdir. O, planetin 253-cü nəticəsinin müəllifidir. Həmin siyahıya ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyünü nəzərə alsaq, Kamran 8-ci tura qədər səbr etməli və qol buraxmamalıdır. Çünki onu İFFHS-in siyahısından 115 dəqiqə ayırır.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov