Almaniya Bundesliqasında 5-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, həftəiçi olmasına baxmayaraq, almanlar da ölkə çempionatında sıx qrafiklə oynamaq qərarına gəliblər. Dünən gecə baş tutan ikinci oyun günündə 6 qarşılaşma keçirilib. “Bayer” doğma meydanda “Ayntraxt” üzərində çətin qələbəyə sevinib. “Nürnberq” isə “Ştutqart” üzərində oxşar qələbə qazanıb. Doğma meydanda qələbə qazanan digər komanda “Qarabağ”ın Avropa Liqasındakı sonuncu rəqibi Dortmund “Borussiya”sı olub ki, Yurgen Klopun yetirmələri “Kayzerslautern”i asanlıqla məğlub edib. Rəqib qapısından 5 cavabsız top keçirən dortmundluların heyətində Barrios dubla imza atıb. Digər qarşılaşmalarda isə qonaqlar 3 xala sevinən tərəf olub. Bu mənada “Şalke”nin ilk qələbəsini qazanması daha diqqətçəkən olub.
Qeyd edək ki, turun digər qarşılaşmaları ilk oyun günündə keçirilmişdi. “Hannover” doğma divarlar arasında qəbul etdiyi “Verder”ə cari mövsümdə 3-cü məğlubiyyət acısını daddırıb. “Hoffenhaym” - “Bavariya” qarşılaşmasında isə son ölkə çempionu nəhayət ki, meydan sahiblərinin məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Geridə qalan turlarda xal itirməyən “Maynts” isə növbəti qələbəsini qazanıb. 5 oyunun hamısında qalib gələn bu komanda maksimum nəticə göstərən yeganə iştirakçıdır.
Almaniya Bundesliqası
5-ci tur
21 sentyabr
“Hannover” – “Verder” – 4:1
Qollar: Frits, 11-öz qapısına. Ya, 53. Şults, 79. Abdellaoue, 90 – Frinqs, 36-pen.
“Hoffenhaym” - “Bavariya” - 1:2
Qollar: İbişeviç, 1 – Müller, 63. Van Buyten, 90.
“Maynts” – “Köln” – 2:0
Qollar: Holtbi, 72; 90.
22 sentyabr
“Bayer” – “Ayntraxt” – 2:1
Qollar: Bender, 9. Vidal, 90-pen. – Gekas, 19.
“Borussiya” (Dortmund) – “Kayzerslautern” – 5:0
Qollar: Barrios, 31; 88. Qroskrouts, 38. Hummels, 65. Levandovski, 75.
“Frayburq” – “Şalke” – 1:2
Qollar: Sisse, 69 – Rakitiç, 9. Huntelaar, 87.
Görüşün 90-cı dəqiqəsində “Frayburq”un oyunçusu İvanoviç qırmızı vərəqə ilə cəzalanıb.
“Hamburq” – “Volfsburq” – 1:3
Qollar: Motinq, 27 – Dzeko, 15. Qrafite, 71; 79.
“Borussiya” (Münhenqladbax) – “Sankt Pauli” – 1:2
Qollar: Aranqo, 25 – Asamoa, 66. Bruns, 72-pen.
Görüşün 90-cı dəqiqəsində “Borussiya”nın üzvü İdrissu qırmızı vərəqə ilə cəzalanıb.
“Nurnberq” – “Ştutqart” – 2:1
Qollar: Şyeber, 3. Pinola, 90 – Kakau, 85.
| 1 | "Maynts" | 5 | 5 | 0 | 0 | 12-4 | 15 |
| 2 | "Borussiya" D | 5 | 4 | 0 | 1 | 13-4 | 12 |
| 3 | "Hoffenhaym" | 5 | 3 | 1 | 1 | 10-5 | 10 |
| 4 | "Hannover" | 5 | 3 | 1 | 1 | 10-7 | 10 |
| 5 | "Frayburq" | 5 | 3 | 0 | 2 | 7-7 | 9 |
| 6 | "Hamburq" | 5 | 2 | 2 | 1 | 8-7 | 8 |
| 7 | "Bayer" | 5 | 2 | 2 | 1 | 9-9 | 8 |
| 8 | "Bavariya" | 5 | 2 | 2 | 1 | 4-4 | 8 |
| 9 | "Sankt Pauli" | 5 | 2 | 1 | 2 | 6-5 | 7 |
| 10 | "Kayzerslautern" | 5 | 2 | 1 | 2 | 8-10 | 7 |
| 11 | "Volfsburq" | 5 | 2 | 0 | 3 | 9-9 | 6 |
| 12 | "Nürnberq" | 5 | 1 | 3 | 1 | 5-5 | 6 |
| 13 | "Köln" | 5 | 1 | 1 | 3 | 4-9 | 4 |
| 14 | "Verder" | 5 | 1 | 1 | 3 | 6-12 | 4 |
| 15 | "Borussiya" M | 5 | 1 | 1 | 3 | 8-17 | 4 |
| 16 | "Ştutqart" | 5 | 1 | 0 | 4 | 10-9 | 3 |
| 17 | "Ayntraxt" | 5 | 1 | 0 | 4 | 7-8 | 3 |
| 18 | "Şalke" | 5 | 1 | 0 | 4 | 5-10 | 3 |
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu