"Neftçi" Unibank Premyer Liqasının 7-ci turunda sentyabrın 25-də səfərdə "Xəzər-Lənkəran"la qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, klub rəhbərliyi bu oyun öncəsi "Flaqman" Azad Azarkeşlər Klubu İctimai Birliyinin üzvləri ilə görüş keçirib. Görüşü açıq elan edən fanklubun prezidenti Ceyhun Bədəlzadə "Neftçi" PFK-nın rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını bildirəndən sonra sözü klubun vitse-prezidenti Tahir Süleymanova verib. Əvvəlcə fanatlara "Neftçi"nin prezidenti Sadıq Sadıqovun salamlarını çatdıran T.Süleymanov komandaya hər zaman dəstək olduqları üçün onlara təşəkkür edib: "Neftçi"də hazırda yüksək əhval-ruhiyyə hökm sürür. Komanda hər oyuna olduğu kimi, "Xəzər-Lənkəran"la görüşə də yüksək səviyyədə hazırlaşır. "Neftçi"nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyi bunun üçün hər cür şərait yaradıb. "Neftçi" böyük və mehriban bir ailədir. Bu mehribançılığın nəticəsidir ki, komanda ardıcıl 5 oyundur qələbə qazanır. Flaqmanın "Xəzər-Lənkəran"la oyunu isə Azərbaycan futbolunun bəzəyidir. İnanırıq ki, ayın 25-dəki görüş "fair-play" qaydaları çərçivəsində keçəcək. Qoy bu oyundan Azərbaycan futbolu qazansın".
Baş məşqçi Arif Əsədov isə komandadakı mehribançılığı xüsusi qeyd edib: "Neftçi"də yerli-əcnəbi müqayisəsi yoxdur. Futbolçular bir-birləri ilə çox mehribandır. Legionerlər "Neftçi"nin Azərbaycanın ən köklü klubu olduğunu dərk edirlər. Onlar klubun rəmzlərinə hörmətlə yanaşırlar. Misal üçün Bahodir Nasimovun hər dəfə qol vurandan sonra klubun formanın üzərindəki emblemini öpməsini göstərmək olar. Bu məni fərəhləndirir. "Xəzər-Lənkəran"la oyuna gəlincə, qələbə qazanıb, liderliyimizi davam etdirməyə çalışacağıq".
Bundan sonra görüşdə iştirak edən futbolçular – Bahodir Nasimov, Ruslan Abışov və Mirhüseyn Seyidov baş məşqçi Arif Əsədov kimi, fanatlara onlara hər zaman dəstək olduqları üçün minnətdarlıqlarını bildirib. Nasimov "Xəzər-Lənkəran"la görüşdə də qələbə seiyasını davam etdirməyə çalışacaqlarını deyib. Zədəsini yenicə sağaltmış Abışov zirvədə qalmaq üçün "Neftçi"ni heç-heçə qane etsə də, yalnız qələbə haqda düşünəcəklərini söyləyib. Mirhüseyn isə bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu