Sentyabrın 25-də "Neftçi" və "Xəzər Lənkəran"ın veteranları arasında yoldaşlıq görüşü keçiriləcək. Qol.Az-ın məlumatına görə, bu qarşılaşma ərəfəsində "Neftçi" Veteranlar Klubunun prezidenti Oqtay Abdullayev flaqmanın rəsmi saytına açıqlama verib. Onun sözlərinə görə, oyunun keçirilməsində əsas məqsəd həm "Neftçi"yə dəstək vermək, həm də regionlarda futbolu təbliğ etməkdən ibarətdir: "Neftçi" PFK-nın rəhbərliyi ilə birgə derbi öncəsi veteranlar arasında belə bir görüş keçirmək qərara almışıq. Oyunun təşkilində "Neftçi"nin prezidenti Sadıq Sadıqov və "Xəzər-Lənkəran" rəhbərliyinin böyük əməyi olub. Bu köməyə görə, onlara dərin minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, Azərbaycanda futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Dövlət başçısı İlham Əliyevin futbolun inkişafına dair imzaladığı Dövlət Proqramı müvəfəqqiyyətlə icra olunur. Biz - futbol veteranları bu proqramın müddəalarının daha uğurla həyata keçirilməsi, futbolumuzun inkişafı üçün əlimizdən gələni əsirgəmirik. "Neftçi" və "Xəzər-Lənkəran" veteranlarının qarşılaşması qardaşlıq mühitində keçəcək. Yoldaşlıq görüşü sayəsində həm bizdən bir neçə saat sonra meydana çıxacaq sevimli "Neftçi" PFK-ya dəstək verəcəyik, həm də regionda bu idman növünün kütləviliyinə çalışacağıq. Eyni zamanda, bu oyun payızda Bakıda veteran komandalar arasında təşkili nəzərdə tutulan beynəlxalq turnirə hazırlıq xarakteri daşıyacaq".
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu