“Barselona” qələbə qazandı, “Valensiya” “Atletiko”yla xalları yarı böldü

“Barselona” qələbə qazandı, “Valensiya” “Atletiko”yla xalları yarı böldü
XƏBƏR 23 Sentyabr 2010 / 11:20 1897
-  A +

İspaniya La Liqasında 4-cü tur çərçivəsində növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, həftəiçi olmasına baxmayaraq, dünən gecə baş tutan hesabat turunun ikinci oyun günündə 4 qarşılaşma baş tutub. “Saraqosa” “Erkules”lə qolsuz heç-heçəyə razılaşdığı gecədə ən maraqlı görüş Madrid “Atletiko”su ilə “Valensiya” arasında oynanılıb. Madridlilərin hesabı açdığı qarşılaşmada sonradan bərabərlik qolunu vurmağı bacaran meydan sahibləri 1 xalla kifayətlənməli olub. “Levante” səfərdə “Almeriya”nı yendiyi halda, “Barselona” da doğma meydanda “Sportinq” üzərində minimal hesablı qələbəyə sevinib.
Qeyd edək ki, bu turun ilk oyun günündə baş tutan qarşılaşmalarda “Atletik” doğma meydanda “Malyorka”ya, “Real” isə “Espanyol”a eyni hesabla qalib gəlib. “Osasuna” isə “Real Sosyedad” üzərində əzmkar qələbəyə sevinib.
Turun qalan oyunları bu gün keçiriləcək.

İspaniya La Liqası
4-cü tur
21 sentyabr

“Atletik” – “Malyorka” – 3:0
Qollar: Lopes, 44. Dominqes, 62-pen. Peres, 90.

“Osasuna” – “Real Sosyedad” – 3:1
Qollar: Pandiani, 38. Kamunas, 43. Aranda, 74 – Tamudo, 16.

“Real” – “Espanyol” – 3:0
Qollar: Ronaldo, 28. İquayn, 79. Benzema, 88.
Görüşün 60-cı dəqiqəsində “Real”ın üzvü Pepe, 63 və 89-cu dəqiqələrində isə müvafiq olaraq “Espanyol”un oyunçuları Qalan və Forlin qırmızı vərəqə ilə cəzalandırılıb.

22 sentyabr

“Almeriya” – “Levante” – 0:1
Qol: Sergio, 39.

“Barselona” – “Sportinq” – 1:0
Qol: Vilya, 49.

“Saraqosa” – “Erkules” – 0:0

“Valensiya”- “Atletiko” (Madrid) – 1:1
Qollar: Aduris, 83 – Simao, 19.

23 sentyabr

23:00. “Xetafe” – “Malaqa”
23:00. “Vilyarreal” – “Deportivo”
23:00. “Sevilya” – “Rasinq”

1  "Real" 4 3 1 0 6-1 10
2  "Valensiya" 4 3 1 0 7-3 10
3  "Barselona" 4 3 0 1 6-3 9
4  "Atletiko" 4 2 1 1 8-4 7
5  "Sevilya" 3 2 1 0 6-2 7
6  "Atletik" 4 2 1 1 7-4 7
7  "Vilyarreal" 3 2 0 1 6-2 6
8  "Espanyol" 4 2 0 2 4-8 6
9  "Xetafe" 3 1 1 1 7-6 4
10  "Erkules" 4 1 1 2 3-3 4
11  "Osasuna" 4 1 1 2 3-4 4
12  "Real Sosyedad" 4 1 1 2 5-7 4
13  "Sportinq" 4 1 1 2 4-7 4
14  "Malyorka" 4 1 1 2 2-5 4
15  "Malaqa" 3 1 0 2 7-8 3
16  "Rasinq" 3 1 0 2 2-4 3
17  "Levante" 4 1 0 3 4-10 3
18  "Deportivo" 3 0 3 0 2-2 3
19  "Almeriya" 4 0 2 2 2-4 2
20  "Saraqosa" 4 0 2 2 3-7 2


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?