Türkiyənin Bank Asya birinci liqasında çıxış edən "Mersin İdman Yurdu" Türkiyə Kubokunda növbəti mərhələyə yüksəlib. Qol.Az-ın məlumatına görə, dünən gecə ikinci təsnifat mərhələsi çərçivəsində "Torbalıspor"u qəbul edən Mersin klubu son dəqiqə qolu sayəsində qələbə qazanıb.
"Mersin İdman Yurdu"nun baş məşqçisi hər iki futbolçumuza - həm İlqar Qurbanova, həm də Ernani Pereyraya start heyətində yer verib. İlqar 90+3-cü dəqiqədə Faruk tərəfindən əvəzlənsə də, Ernani matçı əvəzedilmədən keçirib. Məşhur ajansspor.com saytı Qurbanovun oyununu 2, Pereyranın oyununu isə 1 ulduzla qiymətləndirib. Qeyd edək ki, bu, Ernaninin "Mersin İdman Yurdu"nda debüt oyunu olub. İlqar isə mövsümün ilk oyunlarından əsas heyət oyunçularından sayılır. Bu dəfə isə o, yeni komandasında qol hesabını da açıb. Belə ki, qarşılaşmanın 4-cü dəqiqəsində fərqlənən həmyerlimiz matçın ilk qoluna imza atıb. 55-ci dəqiqədə Veysəl fərqi iki topa çatdırsa da, 59 və 68-ci dəqiqələrdə "Torbalıspor" iki qol vuraraq, tarazlığı bərpa edib. "Mersin İdman Yurdu"nun qələbə qoluna 90+1-ci dəqiqədə Nurullah imza atıb və oyun bu hesabla başa çatıb - 3:2.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu