“Unibank”dan PFL-ə etiraz

XƏBƏR 22 Sentyabr 2010 / 16:59 2209
-  A +

“Unibank”ın rəsmisi Ramin Vəliyev bu gün keçirilən mətbuat konfransında Peşəkar Futbol Liqasının işinə iradını bildirib. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın sponsoru olan “Unibank”ın rəsmisi ölkə çempionatının altıncı turunun “Muğan” - “Xəzər Lənkəran” oyununda cəmi bir reklam lövhəsinin yerləşdirilməsinə görə PFL-ə etirazını bildirib. “Bizim anlaşmamıza əsasən, çempionatın hər oyununda 10 reklam lövhəsi yerləşdirilməlidir. Lakin son oyunlarda biz “Unibank”ın cəmi 6-7 reklam lövhəsini müşahidə edirik. Görünür, PFL rəhbərliyi öhdəsinə düşən işi yerinə yetirə bilmir” - deyə o bildirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner