Superliqaya ardıcıl iki məğlubiyyətlə uğursuz başlayan Türkiyənin “Qalatasaray” klubu sonrakı 3 matçında qələbə qazanaraq azarkeşlərini sevindirdi. Ancaq bu gün yayılan xəbər “sarı-qırmızılılar”ı bir daha məyus edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın bugünkü məşqində çexiyalı hücumçu Milan Baroş zədələnib. Komanda yoldaşı Lukas Neyl ilə mübarizədə ayağndan zərbə alan Baroşun zədəsinin ciddi olması ehtimalı var. Yayılan məlumatlarda bildirilir ki, onun zədəsinə ilkin müalicə bazada gerçəkləşdirilib. Bundan sonra isə Baroş xəstəxanaya aparılıb. Çexiyalı ulduz müəyyən testlərdən keçəcək və vəziyyəti haqda dəqiq fikir söyləmək yalnız testlərdən sonra mümkün olacaq. Ancaq həkimlərin ilkin rəyinə görə, Baroş bu həftə “İstanbul BB” ilə qarşılaşmada forma geyə bilməyəcək. Xatırladaq ki, “Qalatasaray”da Baroşun alternativi Mehmet Batdaldır ki, o da hazırda zədəlidir. Məhz bu xoşagəlməz situasiya Frank Raykardı ciddi şəkildə narahat edir. Hollandiyalı baş məşqçinin “İstanbul BB” ilə qarşılaşmada Kyuellə şans verəcəyi gözlənilir.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi