“Xəzər Lənkəran”a pula görə gəlməmişəm. Rayon komandasında çıxış etmək heç də pis deyil. Əksinə, üstünlükləri var. Çünki bütün fikrini oyunlara, məşqlərə yönəldirsən. Şəhərdə olanda o qədər iş olur ki…Əslində biz hazırlığımızın bir qismini elə paytaxtda həyata keçiririk. Orda 3 gün qalmağımız bəsdir. Qalan günlərdə də Lənkəranda hazırlıq keçirik”. Bu sözləri son ölkə çempionu “İnter”i yayda “Xəzər Lənkəran”a dəyişən Asif Məmmədov Qol.Az-a açıqlamasında söyləyib.
Perspektivli futbolçu son ölkə çempionu olan paytaxt klubunu əyalət təmsilçisinə öz istəyi ilə dəyişdiyini deyib: “Artıq iki il idi ki, “İnter”də çıxış edirdim. Ordakı çıxışımı pis qiymətləndirmirəm. Hər halda uğurum da oldu, ölkə çempionu adını qazandım. Bundan sonra özümü başqa komandada sınamaq qərarına gəldim və sonda “Xəzər Lənkəran”ı seçdim. Yəni hansısa ciddi bir səbəb yox idi. Sadəcə özüm belə istədim. İndi də Allaha şükür ki, ölkənin ən yaxşı klublarından birindəyəm”.
Komandasının hazırkı durumu barədə də danışan Asif Məmmədov, “Xəzər Lənkəran”ın oyundan-oyuna daha da artırdığını düşünür: “Bilirsiniz ki, baş məşqçimiz yeni gəlib, onun öz taktikasını, oyun fəlsəfəsini tam şəkildə oturtması üçün zamana ehtiyacı var. Düşünürəm ki, onun rəhbərliyi altında mövsümə heç də pis başlamamışıq. Komandamızda oyundan-oyuna irəliləyiş hiss olunmaqdadır. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağımıza inanıram. Komandada hər şey yaxşıdır. İnşallah bu il çempion olub bütün tənqidlərin boşuna olduğunu sübut edərik. Oyunçularımızın da çoxu təzə gəlib. Nəzərə almaq lazımdır ki, onların da komandaya tam uyğunlaşması üçün vaxt lazımdır”.
Əsas heyətə düşməkdə çətinlik çəkən Məmmədov öz üzərində çalışdığını və zamanını gözlədiyini deyir: “Bir müddət zədədən əziyyət çəkdim. Hazırda bu problemi arxada qoysam da, əvvəlki formamı bərpa etmək üçün çox çalışmalıyam. Baş məşqçiylə də bu barədə söhbətimiz olub. Onun qərarlarına hörmətlə yanaşıram”.
Vaxtilə “İnter”in heyətində daha çox meydana çıxdığı dövrdə milliyə dəvət almamasını qabardan Asif hazırda da ümidini üzmür: “İnter”də olanda da, əvvəllər əsas heyətdə az oynayırdım deyə, milliyə çağırılmamağımı bununla izah edirdim. Lakin sonralar demək olar ki, bütün oyunlarda forma geyinməyimə rəğmən, yenə dəvət almadım. Bunun səbəbini mən də bilmirəm. Amma istənilən halda əsas komandaya çağırılacağıma ümidimi itirmirəm. Ehtiyatda qalmağıma baxmayaraq, nə vaxtsa yenidən hər şeyin qaydasına düşəcəyinə, hətta milliyə dəvət alacağıma da inanıram”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi