Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu "Eskişəhərspor" klubunun yeni baş məşqçisinin Fatih Terim ola biləcəyi barəsində söz-söhbətlərə son qoyulub. Qol.Az-ın məlumatına görə, komandanın rəhbərliyi hazırkı baş məşqçi Rza Çalımbay ilə vidalaşmaq, mütəxəssisin özü isə klubu tərk etmək niyyətində deyil. Bu barədə klubun rəsmi saytında bəyanat yayılıb. Lakin buna baxmayaraq, Türkiyə mətbuatı indi də “Eskişəhərspor”a bu ölkədə uzun müddət çalışmış almaniyalı mütəxəssis Kristof Daumun gələcəyini iddia etməyə başlayıb. Qeyd edək ki, Daum Türkiyədə “Beşiktaş”ın və müxtəlif vaxtlarda iki dəfə “Fənərbaxça”nın sükanı arxasında çalışıb. Bu yay “Fənərbaxça”dan istefaya göndəriləndən sonra yenidən qardaş ölkəyə qayıtmaqda israrlı olan mütəxəssisin “Eskişəhərspor”un sükanı arxasına keçməyə etiraz etmədiyi bildirilir. İddialara görə, hətta klub rəhbərliyi ilə onun arasında danışıqlar da gedir. Danışıqları Daumun adından vəkili Stefan Seytz aparır. Alman çalışdırıcı klub rəhbərliyi ilə danışıqlarda “Türkiyə görüləcək hesabım var” açıqlamasını verib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi