Avropa Şurası İdmana məsul nazirlərin XVIII qeyri-formal Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan UEFA-nın birinci vitse-prezidenti Şenes Erzikin müsahibəsi
- Avropa futbol qurumunun rəsmisi olaraq, konfransla bağlı fikirləriniz nədən ibarətdir?
- 2 il öncə Yunanıstanın paytaxtı Afinada da analoji tədbir keçirilib. Həmin konfransa qatıla bilməmişdim. Bu dəfəki konfransda qəbul olunacaq qərarların əhəmiyyətli olacağını düşünürəm. Dopinqlə mübarizə üçün ölkələr, hökumətlər nəzdində təşkilatlar yaradılır. Amma bu da bizim işimizə yaramır. Futbolçunu 24 saat ərzində nəzarətdə saxlaya bilməzsiniz. Çünki futbol fərdi idman növü deyil. 1 idmançıya nəzarət etmək olar. Amma heyətində ən azı 25 peşəkar futbolçusu olan bütün komandaları düşünüb, onları 24 saat ərzində nəzarətdə saxlamaq üçün bütün özəl həyatlarını da ortadan qaldırmaq lazımdır. Bu istiqamətdə çeşidli uzlaşmalar, razılaşmalar əldə olunur.
- 2012-ci ildə Bakıda 17 yaşadək qızlar arasında dünya çempionatı keçiriləcək. Bu yarışdan nə gözləyirsiniz?
- Bu cür yarışların təşkilatçılıq hüququna yiyələnmək həm UEFA, həm də FİFA üçün çox önəmlidir. Bütün bunların yekununda gələcəkdə futbol üzrə daha böyük turnirləri almaq üçün daim daha şanslı olarsınız. Yəni, müəyyən yerlərdən başlamaq lazımdır. Bildiyiniz kimi, illər öncə Türkiyədə gənclər arasında Avropa çempionatı keçirilib. O vaxtdan kişilər arasında 3 Avropa çempionatına namizədliyimizi vermişik. Sonuncu dəfə 2016-cı il qitə çempionatı uğrunda mübarizənin tam ucundan döndük. Səsvermədə 6:7 hesabı ilə Fransaya uduzduq. İnanırıq ki, bütün federasiyalar irəlidəki böyük turnirlər üçün belə turnirlərə öncədən hazırlıqlar görəcəklər.
- Oktyabrın 12-də Azərbaycan və Türkiyə milli komandaları arasında 2012-ci il Avropa çempionatının seçmə qrup oyunu keçiriləcək. Qarşıdakı görüş haqda nə deyə bilərsiniz?
- Qardaş ölkələr arasında oyun keçiriləcək. Azərbaycan futbolunun son illər ərzində əldə etdiyi inkişafı lap əvvəldən izləyən və bu yöndə qərar verilməsində köməyi dəyən insan olmaqdan qürur, məmnunluq duyuram. İnşallah, yaxşı oyun alınar və layiqli olan qələbə qazanar.
- Oyunu izləmək üçün Bakıya gələcəksiniz?
- İnşallah, gələcəyəm.
- Futbol oyunları zamanı baş verən şiddət olaylarına münasibətiniz necədir? Məsələn, son olaraq, Türkiyə Superliqasında “Qaziantepspor” – “Bursaspor” matçında azarkeşlərin davranışı üzündən oyun yarımçıq dayandırılıb...
- Bu, çox geniş mövzudur. O mənada ki, olayda bir yox, bir çox ünsür var. Mən fikrimi konkret olaraq, belə izah edərdim: Əgər təhlükəsizlik tədbirləri və zorakılığa qarşı qanun layihəsi mümkün qədər tez hazırlanaraq, tribunada suçluluğa səbəb olan şəxs və ya şəxslər tapılaraq, üzə çıxarılmadıqca və qanun çərçivəsində cəzalarını görmədikdə, belə hallar davam edəcək. Yəni, onlar cəzalandırılmalıdırlar. Siz düşünə bilərsinizmi ki, küçədə biri digərinin başını yarsın, amma məsuliyyətə cəlb olunmasın və cəzasız qalsın. Bu, mümkün deyil. Amma tribunada eyni hərəkəti edən cəzasız qalır. Bunun qarşısı alınmadıqca, işin sonu gəlməz.
- Bəs belə halların qarşısını sistemli şəkildə necə almaq olar?
- Bunun üçün bir yol var: Müvafiq qanun qəbul olunmalı, təhlükəsizlik əməkdaşları daha diqqətli olmalı, milli federasiyalar bir sıra tədbirlər görməlidir. (lent.az)
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov