Dünyanın ən istedadlı futbolçularından biri olan argentinalı ulduz Lionel Messi İspaniya mətbuatına maraqlı açıqlamalar verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Messi “Beşiktaş”a qarşı oynamaq istəyindən danışıb. “Play Station”da futbol oyunları oynamağı çox sevdiyini bildirən Messi özünə seçdiyi rəqiblərin arasında ən çox “Beşiktaş”a yer verdiyini etiraf edib: “Bəzən komanda yoldaşlarımla birlikdə oyun oynayırıq. Ancaq tək oynadığım zaman özümə rəqib seçərkən “Beşiktaş”a üstünlük verirəm”. 19 sentyabr 2000-ci ildə Türkiyədəki qarşılaşmada “Barselona”nı 3-0 hesabı ilə məğlub edən “Beşiktaş”ın böyük klub olduğunu söyləyən Messi qarşılaşma haqqında bunları bildirib: “Frank De Bur, Overmars, Klüvert və Rivaldo kimi ulduzlar o qarşılaşmada forma geyib. Həmişə həmin matçda oynamağı arzulamışam. Meydanda olsaydım, mənim üçün çox qeyri-adi bir matç olardı. Ancaq keçmişi geri gətirmək mümkün deyil. İndi “Play Station”da “Beşiktaş”ı özümə rəqib seçirəm və qalib gəlirəm”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi