Uzun zamandır ki, hakimlərə qarşı qeyri-etik davranışları ilə diqqət çəkən “Arsenal”ın baş məşqçisi Arsen Venger nəhayət ki, öz cəzasını alıb. Qol.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının sonuncu turu çərçivəsində səfərdə “Sanderlend”lə qarşılaşan “Arsenal” oyunun 5-ci uzatma dəqiqəsində qapısından top buraxdıqdan sonra Vengerin dördüncü hakimə çılğın şəkildə etirazını bildirməsi onun cəzalanasına səbəb olub. Oyunun 94-cü dəqiqəsinə kimi hesabda 1-0 irəli olan “Arsenal”ın sonda 2 xal itirməsi ilə barışmayan Venger dördüncü hakimə kəskin şəkildə bildirib ki, “baş hakim oyuna dörd dəqiqə əlavə etmişdi. Qol vurulan anda isə artıq 5-ci dəqiqə gedirdi. Yəni oyunun final fiti bir dəqiqə əvvəl verilməli idi. Referi isə qərəzli mövqe tutaraq oyunu davam etdirdi”. Məhz buna görə İngiltərə Futbol Federasiyası fransız mütəxəsisi 8 min funt-sterlinq pul cəriməsi və bir oyunluq diskvalikasiya ilə cəzalandırıb. Belə ki, Venger İngiltərə kubokunun 1/16 finalında “Tottenhem”ə qarşı keçiriləcək oyunu buraxmalı olacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi