“Qarabağ”ın Premyer Liqanın son 2 turunda qələbə qazana bilməməsi komandanın liderlərdən bir qədər aralı düşməsinə səbəb oldu. Rəqibləriylə müqayisədə 2 oyun az keçirən komanda sabah təxirə salınmış 2 oyundan birində “Gəncə”ni qəbul edəcək. Komandanın kapitanı Aslan Kərimov klubun rəsmi saytına həm “Gəncə”, həm də çempionatla bağlı öz fikirlərini bildirib: “Gəncə” ilə oyun çətin keçəcək. Hər halda eyniadlı şəhərin komandası hələ də məğlubiyyətin nə olduğu bilmir. Özü də Gəncə hər zaman futbol şəhəri olduğuna görə bu komanda daim fərqli futbol oynamağı bacarır. Amma biz də qələbə qazanmalıyıq. Meydana qələbə üçün çıxacağıq. Bilirsiz, son oyunlarda xal itirməyimizi çox şeylə əlaqələndirmək olar. Amma bir şeyi unutmaq lazım deyil ki, “Qarabağ” iyulun 1-dən rəsmi oyunlara çıxır. 3 aylıq müddətdə komandada müəyyən enişin olması normaldır. Avroliqadan sonra milli çempionata alışmaq müəyyən vaxt tələb edir. Amma inanıram ki, “Gəncə” ilə oyun dönüş anı olacaq. Zənnimcə, qazanılacaq bir qələbə bizi yenidən reysə salacaq. Mənim oynamamağıma gəlincə, hamımızın məqsədi “Qarabağ”a xidmət etməkdir. Komandada 24 futbolçu var. Hamının oynamaq imkanı olacaq. Ona görə də belə şeyə fikir vermək lazım deyil. Kimin oynamasından asılı olmayaraq “Qarabağ”da hamı qələbə qazanmaq istəyir”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi