Futbol üzrə Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Avstriya və Türkiyə yığmaları ilə keçirəcəyi oyunlara yeni futbolçu çağırılmayacaq. Bu haqda Lent.az-a millimizin baş məşqçi köməkçisi Vəli Qasımov məlumat verib. Onun sözlərinə görə, bu oyunlar öncəsi sentyabrın 27-dən 30-dək Bakıda təlim-məşq toplantısı keçiriləcək. Hazırlıq prosesinə bir neçə oyunçu qatılmayacaq: “Vladimir Levin və Aleksandr Çertoqanov zədəlidir. Ruslan Abışov Almaniyanın Köln şəhərində müalicədən yenicə qayıtdığı üçün bərpa dövrü keçməlidir. Türkiyə “Eskişehirspor”undan Rəşad Sadıqovu və Rusiya “Anji”sindən Mahir Şükürovu isə qarşıdakı toplanışa çağırmayacağıq”.
Qasımov Almaniya ilə sentyabrın 7-də keçirilmiş oyun öncəsi hazırlıq prosesində iştirak edən Tolqa Erginərə də dəvət göndərməyəcəklərini bildirib. Onun fikrincə, 17 yaşlı yarımmüdafiəçini hələlik aşağı yaş qrupları üzrə yığmalarımızda sınamaq olar. Köməkçi-məşqçi Unibank Premyer Liqasındakı oyunları müntəzəm izlədiklərini, amma hələlik millidə çıxış etməyə layiq yeni oyunçu tapa bilmədiklərini vurğulayıb.
Veteran futbolçu qarşıdakı seçmə matçlarda yığmamızın oyun taktikasında müəyyən dəyişikliklərin olacağını diqqətə çatdırıb. Lakin o, dəyişikliklər haqda konkret danışmaqdan imtina edib. Qasımov Almaniya yığmasına 1:6 hesablı məğlubiyyət haqda da danışıb: “Həmin görüşdə qapıçı Kamran Ağayevdən başqa bütün futbolçularımızın oyunu alınmadı. Oyunçular baş məşqçinin taktikasını düzgün anlamadılar və tapşırıqlarını sonadək yerinə yetirmədilər. Bunun nəticəsidir ki, qolları əsasən, hissələrin sonlarında buraxdıq. Futbolçulara rəqibə qarşı müdafiədən və fərdi oynamaq tapşırılmışdı. Çertoqanova isə hücumçuları topla təchiz etmək vəzifəsi həvalə olunmuşdu. Amma o, hücumları qura bilmədiyindən, rəqib bizi sıxdı və müdafiəyə oturmağa məcbur etdi. Nəticədə böyük hesabla uduzduq”.
Bununla belə, gənc mütəxəssis Almaniya ilə görüşü unudaraq, millimizin oktyabrın 8-də səfərdə Avstriya, bundan 4 gün sonra isə Bakıda Türkiyə ilə keçirəcəyi oyunlar haqda düşünməyin vacibliyini dilə gətirib.
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov