Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri, eləcə də birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının son turunda baş verən olaylara da hüquqi qiymət verilib. Qol.Az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Əvəzedicilərin çempionatında MOİK – “Neftçi” matçının 81-ci dəqiqəsində MOİK-in futbolçusu Namiq Həsənov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. “Simurq” – “Bakı” matçının 72-ci dəqiqəsində “Simurq”un futbolçusu Azər Səfərli kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun 3-cü turunun “Karvan” – “Ədliyyə” matçının 71-ci dəqiqəsində “Karvan”ın futbolçusu Ruslan Hüseynov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. “Şahdağ” – “MKT-Araz” matçında “Şahdağ”ın 4, “MKT-Araz”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. “Şəmkir” – “Bakılı” matçında “Şəmkir”in 4, “Bakılı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi